Mutəffifin Surəsi 12. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Amma )bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.
Bünyadov-Məmmədəliyev:
Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.
Elmir Quliyev :
Его считает ложью только преступник и грешник.
Ələddin Sultanov:
Onu yalnız həddini aşan günahkarlar yalanlayarlar.
Kerbelayi Malik ağa:
Din gününü bütün həddi aşan üsyankar günahkarlardan başqa kimsə yalanlamaz.
Ələsgər Musayev:
Təkzib edir onun ilə ancaq külli həddi aşan, günahkar.
A.Mehdiyev və D.Cəfərli:
onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.
Kövsər Tağıyev:
Onu ancaq hər azğın, günahkar kimsə inkar edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onu isə yalnız hər cür həddini aşan, günahkar yalan hesab edər.
Sabirə Dünyamalıyeva:
əvəz gününü, hədlərini aşan günahkarlardan başqa heç kim təkzib etməz.-