Tövbə Surəsi 120. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mədinə əhalisinə onların ətrafındakı bədəvilərə (döyüşdə) Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. ­­qiqətən, Allah yaxşı görənlərin müka­­fatını puç etməz.
Bünyadov-Məmmədəliyev:
Mədinəlilərə onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!
Elmir Quliyev :
Не следовало жителям Медины и бедуинам из окрестностей оставаться позади Посланника Аллаха и отдавать предпочтение собственным жизням перед его жизнью. Это потому, что жажда, усталость и голод, постигающие их на пути Аллаха, и каждый шаг, вызывающий гнев неверующих, и каждое поражение, нанесенное врагу, непременно запишутся им как добрые дела. Воистину, Аллах не теряет вознаграждения творящих добро.
Ələddin Sultanov:
Mədinəlilərə onların ətrafındakı bədəvi ərəblərə Allahın Peyğəmbərindən geri qalmaq onun canından əvvəl öz canlarını düşünmələri yaraşmaz. Bu, onların Allah yolunda susuzluğa, yorğunluğa aclığa düçar olmaları, kafirləri qəzəbləndirəcək bir yerə ayaq basmaları düşmənə qarşı zəfər qazanmalarının özlərinə yaxşı bir əməl kimi yazılması üçündür. Şübhəsiz ki, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz.
Kerbelayi Malik ağa:
Mədinə əhli onun ətrafındakı bədəvi ərəblərə Allahın Rəsulundan geri qalmaları öz nəfslərini onun nəfsindən üstün tutmaları olmaz. Çünki, Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq şiddətli aclıq, kafirləri qəzəbləndirəcək bir yeri işğal edərək düşmənə qarşı qazanılan elə bir zəfər yoxdur ki, onun qarşılığında onlara saleh əməl yazılmış olmasın. Şübhəsiz ki, Allah muhsinlərin əcrini zay etməz.
Ələsgər Musayev:
Olmadı əhli üçün şəhərin kim dövrəsində olanlar üçün ərəblərdən ki, geri qalsınlar rəsulundan Allahın yoxdur üz çevirmək öz–özlərilə nəfsindən onun. Bu həqiqətlə onlara, isbat olmaz onlara susuzluq yoxdur aclıq yoxdur yorğunluq yolunda Allahın yoxdur addım atmaları atmağnan qəzəbləndirmək üçün kafirləri almadılar düşməndən alınmalını, ancaq yazıldı onlar üçün onunla əməli islahat. Həqiqətən, Allah zay etməz əcrini yaxşıların!
A.Mehdiyev və D.Cəfərli:
Mədinə əhlinə (onun) ətrafındakı bədəvi ərəblərə (cihad zamanında) Allahın Peyğəmbərindən boyun qaçırmaları ya (səfər zamanı döyüş təhlükələri vaxtı) özləri ilə məşğul olaraq ondan üz çevirmələri yaraşmaz (və bu, şəriət baxımından caiz ağıl baxımından rəva deyildir). Bu, ona görədir ki, Allah yolunda onların düçar olduqları hər bir susuzluq, əziyyət aclığın, eləcə kafirlərin qəzəbinə səbəb olacaq hər bir yerə qədəm basmalarının düşməndən əldə etdikləri hər bir bəhrənin (onları öldürmək əsir etməyin) mükafatı olaraq onlar üçün bir saleh əməl yazılır. Həqiqətən Allah yaxşı görənlərin mükafatını zay etməz.
Kövsər Tağıyev:
Mədinə əhalisi onların ətrafında olan bədəvilərə Allahın rəsulundan geri qalmaq, öz canlarını onun canından üstün tutmaq yaraşmaz. Çünki onların Allah yolunda çəkdikləri susuzluq, yorğunluq, aclıq, kafirləri qəzəbləndirmək üçün bir yerə addım atmaları düşmənə qarşı hər hansı bir uğur qazanmaları kimi elə bir hadisə yoxdur ki, əvəzində onlara yaxşı bir əməl(in savabı) yazılmasın. Şübhəsiz, Allah yaxşılıq edənlərin mükafatını hədər etməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Mədinə sakinlərinin onların ətrafındakı bədəvilərin Allahın peyğəmbərindən (döyüşdə) geri qalmaları onu qoyub öz canlarının hayında olmaları yaraşmaz. Ona görə ki, Allahın yolunda onlara üz verən elə bir susuzluq atəşi, yorğunluq aclıq, kafirləri qəzəbləndirən elə bir addım, düşmən üzərində qazanılan elə bir uğur olmadı ki, onun müqabilində onlar üçün bir xeyir əməl yazılmasın. Həqiqətən, Allah xeyir görənlərin haqqını itirməz!
Sabirə Dünyamalıyeva:
Mədinə əhalisi ətrafdakı bədəvi ərəblər üçün, Allahın Elçisindən geri qalmaq onun canından əvvəl öz canlarını düşünmək olmaz [bu barədə söhbət belə ged bilməz]. Bu ona görədir ki; Allah yolunda [onlara] üz verən hər susuzluq, hər yorğunluq hər aclıq kafirləri [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənləri] qəzəbləndirər, ayaq basdıqları hər yer düşmənə qarşı əldə etdikləri hər müvəffəqiyyət müqabilində onlara həqiqətən saleh bir əməl yazılar,