Taha Surəsi 121. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İkisi ondan yedilər ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət (ağaclarının) yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu.
Bünyadov-Məmmədəliyev:
(Adəm Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).
Elmir Quliyev :
Они оба поели с него, и тогда им стали видны их срамные места. Они стали прилеплять на себе райские листья. Адам ослушался своего Господа и впал в заблуждение.
Ələddin Sultanov:
Beləcə, ondan yedilər buna görə ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə cənnət yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub doğru yoldan azdı.
Kerbelayi Malik ağa:
Bunun üzərinə ikisi o ağacdan yedilər. O zaman ikisinin ədəb yerləri özlərinə göründü. Cənnət yarpaqlarından üzərlərinə örtməyə başladılar. Adəm Rəbbinə asi oldu, beləcə (yolundan) azdı.
Ələsgər Musayev:
Yedilər ondan hər ikisi aşkar oldu onlar üçün murdarlıqları hər ikisi cənnət yarpaqlarından üstlərinə örtməyə başladılar. Asi oldu Adam öz Rəbbinə yoldan çıxdı.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə (Adəm ilə Həvvanın) hər ikisi həmin ağacdan (onun meyvəsindən) yedilər. (Birdən onların məxsus cənnət libasları əyinlərindən töküldü və) ayıb yerləri onlara aşkar oldu onlar Cənnət (ağaclarının) yarpaqlarından özlərinə yapışdırmağa başladılar. Adəm öz Rəbbinə (Onun yalnız dünya zərəri olan ilahi vəzifənin pozulması sayılmayan istiqamətləndirmə göstərişində) itaətsizlik etdi səhv yola düşdü.
Kövsər Tağıyev:
Onlar (Adəm zövcəsi Həvva) o ağacın meyvəsindən yedilər. Bu səbəblə ayıb yerləri özlərinə göründü cənnət yarpağı ilə üstlərini örtməyə başladılar. Adəm Rəbbinə üsyan etdi yolunu azdı.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar ikisi ondan [ağacın meyvəsindən] yedilər onların ayıb yerləri özlərinə göründü. Onlar cənnət yarpaqlarından üstlərinə yapışdırmağa başladılar. Beləliklə, Adəm öz Rəbbinin sözündən çıxmış oldu səhv yol tutdu.
Sabirə Dünyamalıyeva:
Belə olduqda, ikisi mal-mülk, qızıl düşkünü oldular.[#154] Dərhal eybəcərlikləri açılıb özlərinə göründü. öz zərərlərinə, cənnət ağaclarının yarpaqlarından örtərək yığıcılığa başladılar. Adəm Rəbbinə asi oldu yoldan çıxdı/azdı.