Əlixan Musayev:
O zaman sən (Uhuddakı) döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. O, Eşidəndir, Biləndir!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sən müharibədən ötrü möminlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev
:
Вот ты покинул свою семью рано утром, чтобы расставить верующих по местам для сражения при Ухуде. Аллах — Слышащий, Знающий.
Ələddin Sultanov:
Bir zaman müharibədə möminləri mövqelərinə yerləşdirmək üçün sübh çağı ailəndən ayrılmışdın. Allah hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Bir sübh vaxtı ailəndən ayrılmışdın, möminləri döyüş üçün (uyğun, əlverişli) mövqelərə yerləşdirirdin. Allah ən yaxşı eşidən, ən yaxşı biləndir.
Ələsgər Musayev:
Onda
səhər, əhlindən sənin qayıtdın inananların oturanlarına qətl
üçün və Allah Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
V? (yada sal) o zaman(?) ki, mominl?ri doyus ucun dus?rg?l?rd? yerl?sdirdiyin halda (Uhud doyusund?) subh cag? oz ?hlind?n (ail?nd?n) ayr?ld?n. Allah h?mis? (dan?s?qlar?n?z?) esid?n v? (fikirl?rinizi) bil?ndir.
Kövsər Tağıyev:
Xatırla ki, sən möminləri (Uhudda) döyüş mövqelərinə yerləşdirmək üçün səhər tezdən ailəndən (evindən) ayrılmışdın. Allah haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir zaman sən sübh çağı iman gətirənlərə döyüş mövqeləri hazırlamaq məqsədilə öz ailəni tərk etdin. Allah hər şeyi eşidəndir, biləndir.
Sabirə Dünyamalıyeva:
Və bir vaxt sən səhər tezdən möminləri döyüş mövqelərinə yerləşdirmək üçün öz ailəndən ayrılmışdın. -Və Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir!-