Ənam Surəsi 121. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Üstündə Allahın adı çəkilməmiş (– “bismilləh” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz müşriklərdən olarsınız.
Bünyadov-Məmmədəliyev:
Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz müşrik olarsınız.
Elmir Quliyev :
Не ешьте из того, над чем не было произнесено имя Аллаха, ибо это есть нечестие. Воистину, дьяволы внушают своим помощникам препираться с вами. Если вы станете повиноваться им, то окажетесь многобожниками.
Ələddin Sultanov:
Allahın adı çəkilmədən kəsilənlərdən yeməyin! Şübhəsiz ki, bu günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübarizə aparmalarını fısıldayarlar (təlqin edərlər). Əgər onlara uysanız, şübhəsiz, siz müşrik olarsınız.
Kerbelayi Malik ağa:
Üzərində Allahın adı çəkilməyən şeylərdən yeməyin. Şübhəsiz ki, o fisqdir. Şeytanlar mütləq sizinlə mübarizə etmək üçün dostlarına vəhy edərlər. Əgər onlara itaət etsəniz (uysanız), mütləq siz müşriklər olarsınız.
Ələsgər Musayev:
Zahiri batini günahlardan çəkinin. Həqiqətən, o kəslər ki, günah qazanırlar, onun müqabilində cəza olunacaqlar!
A.Mehdiyev və D.Cəfərli:
(Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir. Həqiqətən şeytanlar öz köməkçi dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə («Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır» kimi sözlər) təlqin edirlər. Əgər onlara itaət etsəniz, onda siz (ya doğrudan da) müşriksiniz (ya da müşrik hökmündəsiniz).
Kövsər Tağıyev:
Kəsilərkən Allahın adı çəkilməyən (heyvan)lardan yeməyin. Çünki bu fasiqlikdir. Bir şeytanlar öz dostlarına sizinlə mücadilə etməyi təlqin edərlər. Onlara boyun əysəniz, şübhəsiz siz Allaha şərik qoşmuş olarsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Üzərində Allahın adı zikr olunmayanlardan yeməyin, axı bu, azğınlıqdır. Şeytanlar öz tərəfdarlarına təlqin edirlər ki, onlar sizinlə mübahisəyə girsinlər. Əgər siz onlara qulaq assanız, onda siz müşriklərdən olarsınız.
Sabirə Dünyamalıyeva:
üstündə Allahın adı çəkilməmiş şeylərdən yeməyin. şübhəsiz ki, o, tamamilə yoldan çıxmaqdır. şübhəsiz ki, şeytanlar öz yaxınlarına sizinlə mübarizə etməyi gizlicə təlqin edirlər. əgər onlara boyun əysəniz, deməli, şübhəsiz ki, siz şərik qoşan kəslər oldunuz.