Tövbə Surəsi 121. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, (buna görə) onlara (savab) yazılmasın.
Bünyadov-Məmmədəliyev:
Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad zamanı Peyğəmbərlə) keçdikləri elə bir vadi olmaz ki, Allah (qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyə, əvəzində onlara (savab) yazılmamış olsun!
Elmir Quliyev :
Какое бы большое или скудное пожертвование они ни делали, какую бы долину они ни пересекали, это записывается им, дабы Аллах воздал им большим, чем то, что они совершили.
Ələddin Sultanov:
Allah onların əməllərini ən gözəli ilə mükafatlandırsın deyə, az ya çox onların infaq etdikləri hər bir şey keçdikləri hər bir vadi, mütləq onlara savab olaraq yazılar.
Kerbelayi Malik ağa:
Allah onları etdikləri əməllərin ən əhsəni (gözəli) ilə mükafatlandırsın deyə infaq etdikləri elə bir kiçik böyük xərc, keçdikləri elə bir vadi yoxdur ki, onların üzərinə yazılmış olmasın.
Ələsgər Musayev:
Yoxdur infaqları xərcləməknən kiçiknən yoxdur böyüknən yoxdur taqətləri vadiynən, ancaq yazdı onlara cəzaları üçün Allah yaxşılıq, ki, olmuşdular əməl edənlər!
A.Mehdiyev və D.Cəfərli:
çəkdikləri hər bir kiçik böyük xərc (cihad səfərində) qət etdikləri hər bir yer dərə onların hesabına yazılır ki, Allah etdikləri çoxlu gözəl əməllərin mükafatını onlara əta etsin.
Kövsər Tağıyev:
Allah onları etdiklərinin ən gözəli ilə mükafatlandırmaq üçün kiçik-böyük xərclədikləri hər məsrəf, qət etdikləri hər vadi mütləq onların hesabına yazılır.
M.Qənioğlu və T.Bilaloğlu:
xərc edilərsə, böyük olsun, ya kiçik, hansı vadini keçilərsə, bu, onlar üçün yazılır ki, Allah onlara etdikləri işdən yaxşı əvəz versin.
Sabirə Dünyamalıyeva:
Allah yolunda sərf etdikləri kiçik ya böyük hər bir xərcin keçdikləri hər vadinin müqabilində, həqiqətən Allahın onları, işlədikləri əməlin daha gözəliylə mükafatlandırması yazılmışdır. Şübhəsiz ki, Allah gözəl-yaxşı əməl işləyənlərin mükafatını itirməz.