Bəqərə Surəsi 122. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi (vaxtı ilə) sizi aləmlərdən üstün etdiyimi xatırlayın.
Bünyadov-Məmmədəliyev:
Ey İsrail övladı! Sizə verdiyim nemətimi sizi (əcdadınızı) aləmlər üzərinə (bütün ümmətlərə) üstün etdiyimi xatırlayın!
Elmir Quliyev :
О сыны Исраила (Израиля)! Помните о милости, которую Я оказал вам, а также о том, что Я возвысил вас над мирами.
Ələddin Sultanov:
Ey İsrail oğulları! Sizə verdiyim nemətimi (bir vaxtlar) sizi aləmlərdən (digər insanlardan) üstün etdiyimi yada salın!
Kerbelayi Malik ağa:
Ey İsrail oğulları! Sizə verdiyim o nemətimi xatırlayın. Şübhəsiz ki, Mən sizi aləmlərdən üstün etdim.
Ələsgər Musayev:
Ay Israil oğulları! Zikr edin nemətimi, hansı ki, nemət vermişəm üzərinizə sizin. Mən fəzilət verdim sizə üzərində aləmlərin.
A.Mehdiyev və D.Cəfərli:
Ey İsrail övladları, sizə verdiyim nemətimi sizi (öz zamanınızda) bütün aləmdəkilərdən üstün etməyimi xatırlayın.
Kövsər Tağıyev:
Ey İsrail oğulları! Sizə verdiyim nemətimi (bir zamanlar) sizi cümlə aləmdən üstün tutduğumu xatırlayın.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey İsrail övladları ! Mənim sizə bəxş etdiyim nemətimi sizi aləmlərdən üstün etdiyimi xatırlayın.
Sabirə Dünyamalıyeva:
Ey İsrail oğulları! Sizlərə bəxş etdiyim nemətimi şübhəsiz sizi aləmlərə üstün etdiyimi yadınıza salın!