Əlixan Musayev:
O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idi-lər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər.
Bünyadov-Məmmədəliyev:
(O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, Allah onların yardımçısı idi. Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər!
Elmir Quliyev
:
Когда два отряда среди вас готовы были пасть духом, Аллах был их Покровителем. Пусть же на Аллаха уповают верующие!
Ələddin Sultanov:
O zaman sizdən iki dəstə ümidsizliyə düşərək dağılışmaq fikrinə düşmüşdülər. Halbuki, Allah onların yardımçısı idi. Möminlər (yalnız) Allaha təvəkkül etsinlər.
Kerbelayi Malik ağa:
Sizdən iki qrup qorxaqlıq göstərərək (geri çəkilməyə) meyl etmişdi. Allah o ikisinin də (iki qrupun da) dostudur və artıq möminlər Allaha təvəkkül etsinlər.
Ələsgər Musayev:
Onda istədi iki tayfa sizdən ki, təşvişlə və Allah
dostudur onların ikisinin və üzərinə Allahın gərək təvəkkül
etsin inananlar!
A.Mehdiyev və D.Cəfərli:
O zaman sizd?n iki d?st? sustluk v? z?iflik gost?rm?k (v? yolun yar?s?ndan ayr?laraq qay?tmaq) ist?di halbuki, Allah onlar?n kom?kcisi v? yard?mc?s? idi (v? el? buna gor? d? onlar? bu fikird?n das?nd?rd?). Mominl?r g?r?k yaln?z Allaha t?v?kkul etsinl?r.
Kövsər Tağıyev:
Sizdən iki dəstə (təşvişə qapılaraq) geri çəkilmək fikrinə düşmüşdü. Halbuki Allah onların yardımçısı idi. Möminlər yalnız Allaha təvəkkül etsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman sizlərdən iki dəstə çözülməyə üz qoymuşdur. Allah isə onlara köməkçi oldu. Qoy iman gətirənlər Allaha güvənsinlər!
Sabirə Dünyamalıyeva:
O zaman sizdən iki qrup, Allah onların köməkçi, yol göstərən, himayəçi yaxını olduğu halda, dağılmağa üz tutmuşdu. -Artıq, inananlar, işin nəticəsini yalnız Allaha tapşırsınlar!-