Ənam Surəsi 122. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər ölü ikən diriltdiyimiz özünə insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi.
Bünyadov-Məmmədəliyev:
Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi.
Elmir Quliyev :
Разве тот, кто был мертвецом, и Мы вернули его к жизни и наделили светом, благодаря которому он ходит среди людей, подобен тому, кто находится во мраках и не может выйти из них? Так неверующим представляется прекрасным то, что они совершают.
Ələddin Sultanov:
Ölü ikən diriltdiyimiz insanlar arasında gəzməsi üçün bir nur verdiyimiz kimsə qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi olarmı? Beləcə, etdikləri əməllər kafirlərə gözəl göstərilmişdir.
Kerbelayi Malik ağa:
Ölü ikən (Allaha təslim olmağı diləməmişkən ona 12 ehsan verərək) diriltdiyimiz insanlar arasında onunla gedəcəyi nur verdiyimiz kimsə, qaranlıqlar içində olub ondan çıxa bilməyəcək kimsə kimidirmi? Beləcə kafirlərə etmiş olduqları şeylər bəzəkli göstərildi.
Ələsgər Musayev:
Yeməyin nədən ki, üzərində yad edilməyib ismi Allahın. Həqiqətən, o, fisqdir! Həqiqətən, şeytanlar dostlarına sizinlə mücadilə etməyi öyrədirlər. Əgər itaət etsəniz onlara, həqiqətən, müşriklərsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Məgər (küfr imansızlıq ölümü ilə) ölmüş sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi əməli azğınlıq) zülmətlər(in)də olan ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir.
Kövsər Tağıyev:
Ölü ikən diriltdiyimiz insanlar arasında gəzəcəyi bir nur verdiyimiz kimsənin halı, qaranlıqlar içində qalmış, ondan çıxa bilməmiş kimsənin halı kimi olarmı? Kafirlərə əməlləri belə süslü göstərilmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər ölü ikən diriltdiyimiz onun üçün yaratdığımız işıqla insanlar arasında gəzən kəs zülmətlər içərisində olub oradan çıxa bilməyən kəsə bənzərmi? Kafirlərə öz əməlləri beləcə bəzədildi.
Sabirə Dünyamalıyeva:
Ölü ikən diriltdiyimiz insanların arasında gəzsin deyə bir nur verdiyimiz şəxsin halı, qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəsin halı kimi ola bilərmi? Bax, kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərə] işlədikləri əməllər beləcə 'gözəl cazibədar' göstərilmişdir.