Əlixan Musayev:
Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis işlərdən) çəkinələr.
Bünyadov-Məmmədəliyev:
(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!
Elmir Quliyev
:
Верующим не следует выступать в поход всем вместе. Почему бы не отправить из каждой группы по отряду, чтобы они могли изучить религию и увещевать людей, когда они вернутся к ним? Быть может, они будут остерегаться.
Ələddin Sultanov:
Möminlərin hamısının birdən döyüşə getmələri doğru deyildir. Onların hər qəbiləsindən bir dəstə dini yaxşı öyrənmək və döyüşə gedənlər geri qayıtdığı zaman onları (Allahın əzabı ilə) xəbərdar etmək üçün arxada qalsın. Ola bilsin ki, onlar (pis əməllərdən) çəkinərlər.
Kerbelayi Malik ağa:
Möminlərin hamısının birdən səfərə çıxması lazım deyil (uyğun olmaz). Beləcə hər firqədən bir qrup səfərə çıxmayıb, öz qövmlərini onlara geri döndükləri zaman onları xəbərdar etmələri üçün dini çox yaxşı öyrənsinlər! Beləcə onlar (Allahdan) çəkinərlər.
Ələsgər Musayev:
Olmadı
inananlara çıxmaları üçün birlikdə. Gərək onların hər
tayfasından neçə nəfər qalsınlar dini öyrənmək üçün və
nəzərinə çatdırmaq üçün öz qoumlarının, onda ki, onlara tərəf
müraciət etdilər, ola ki, onlar həzər edələr!
A.Mehdiyev və D.Cəfərli:
Möminlərə hamılıqla (döyüş cəbhəsinə, yaxud dini elm mərkəzlərinə, xüsusilə müəyyən zaman və məkana aid olan cihada) köç etmələri yaraşmaz (və bu, caiz və mümkün də deyildir). Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə (əsgərlər təcrübi tovhidə yiyələnməkdə və mədrəsədəkilər dini maariflərdə) dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və əməldə) çəkindilər.
Kövsər Tağıyev:
Möminlərin hamısının birdən səfərə çıxması uyğun olmaz. Elə isə hər tayfadan bir dəstə dini dərindən öyrənmək və qayıtdıqları zaman qövmlərini xəbərdar etmək üçün arxada qalsın ki, bəlkə çəkinələr.
M.Qənioğlu və T.Bilaloğlu:
Möminlər hamısı birdən (döyüşə) çıxmamalıdırlar. Heç olmasa hər dəstədən bir hissə qalsın ki, dini oxuyub öyrənsin və camaatı (döyüşdən) qayıtdığı zaman (Allah hökmlərindən) xəbərdar etsin ki, bəlkə onlar çəkinələr.
Sabirə Dünyamalıyeva:
Möminlerin, tədbirli olmaq baxımından, hamısının birdən getməyi/səfərbər olması da olmaz. Elə isə, dində dərin elm əldə etmək, qövmləri özlərinə tərəf qayıtdıqda onları xəbərdar etmək məqsədi ilə onların hər təbəqəsindən bir dəstənin qalması lazım gəlməzmi?