Hud Surəsi 123. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göylərin yerin qeybi Allaha aiddir. Bütün işlər Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et yalnız Ona təvəkkül et. Rəbbin etdiklərinizdən xəbərsiz deyildir.
Bünyadov-Məmmədəliyev:
Göylərin yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et yalnız Ona təvəkkül elə. Rəbbin etdiklərinizdən qafil deyildir!
Elmir Quliyev :
Аллаху ведомо сокровенное на небесах и на земле, и к Нему возвращаются дела. Посему поклоняйся Ему и уповай на Него, ибо Господь твой не находится в неведении о том, что вы совершаете.
Ələddin Sultanov:
Göylərin yerin qeybi Allaha məxsusdur. Bütün işlər Ona qaytarılacaqdır. Elə isə, yalnız Ona ibadət et yalnız Ona təvəkkül et! Rəbbin sizin etdiklərinizdən qafil deyildir.
Kerbelayi Malik ağa:
Səmaların yerin qeybi Allahındır. İşlərin hamısı Ona döndərilər. Elə isə Ona qul olun təvəkkül edin. Sənin Rəbbin etdiyiniz şeylərdən qafil (xəbərsiz) deyil.
Ələsgər Musayev:
Allah üçündür səmaların ərzin qeybi külli əmrlər Ona tərəf müraciət edir. Ona ibadət et Ona təvəkkül et. Rəbbin etdiyiniz əməllərdən qafil deyil!
A.Mehdiyev və D.Cəfərli:
Göylərin yerin gizli sirləri Allaha məxsusdur (Onun mülk, qüdrət elminin əhatəsindədir) (varlıq aləmində) bütün əmrlər işlər (səbəb-nəticə qanunu yolu ilə) Ona qayıdır. Buna görə Ona ibadət et Ona təvəkkül et. Rəbbin etdiklərinizdən əsla xəbərsiz deyildir.
Kövsər Tağıyev:
Göylərin yerin qeybini bilmək Allaha məxsusdur. Bütün işlər Ona döndərilər. Elə isə Ona qulluq et Ona təvəkkül et. Rəbbin etdiklərinizdən xəbərsiz deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdəki yerdəki qeyblər ancaq Allaha məxsusdur. Bütün işlər Ona qayıdır. Ona ibadət et, Ona təvəkkül et! Sənin Rəbbin nələr etdiyinizdən qafil deyildir!
Sabirə Dünyamalıyeva:
göylərin yerin görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi ancaq Allaha aiddir. bütün iş/əmələ gəliş ancaq Ona dönəcək. O halda, Ona ibadət et, nəticəni Ona tapşır. Rəbbin, sizin etdiklərinizdən xəbərsiz, bunlara qarşı laqeyd deyil.