Bəqərə Surəsi 123. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qorxun o gündən ki, (o vaxt) heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək onlara kömək göstərilməyəcək.
Bünyadov-Məmmədəliyev:
Qorxun elə bir gündən ki, (o gün) heç kəs heç kəsin işinə yarıya bilməz (heç kəs heç kəs üçün bir şey ödəyə bilməz), heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək göstərilməz!
Elmir Quliyev :
Страшитесь дня, когда ни один человек не принесет пользы другому и когда нельзя будет откупиться, когда ничем не поможет заступничество и когда им не будет оказана поддержка.
Ələddin Sultanov:
Heç kəsin başqası üçün bir şey ödəyə bilməyəcəyi, fidyənin qəbul edilməyəcəyi, şəfaətin heç kimə fayda verməyəcəyi heç bir köməkliyin göstərilməyəcəyi bir gündən (axirət günündən) qorxun!
Kerbelayi Malik ağa:
Kimsədən kimsəyə bir şey ödənmədiyi onlardan bir fidyə qəbul olunmayacağı özlərinə şəfaətin fayda verməyəcəyi onlara kömək olunmayacağı bir gündən çəkinin.
Ələsgər Musayev:
Qorxun o gündən ki, cəzalanmaz nəfs nəfsdən bir şeynən qəbul olunmaz ondan ədalət mənfəət verməz ona şəfaət onlara yardım olunmaz!
A.Mehdiyev və D.Cəfərli:
heç kəsin bir başqasının əzabını dəf edə bilməyəcəyi, (əzabın yerinə) ondan bir əvəzin qəbul olunmayacağı, şəfaətin ona heç bir fayda verməyəcəyi onlara heç bir köməyin göstərilməyəcəyi gündən çəkinin.
Kövsər Tağıyev:
Heç kimin başqa biri üçün bir şey ödəməyəcəyi, heç kimdən fidyə qəbul edilməyə-cəyi, heç kimə şəfaətin (vasitəçiliyin) fayda verməyəcəyi heç kimin kömək görməyəcəyi bir gündən qorxun.
M.Qənioğlu və T.Bilaloğlu:
O gündən qorxun ki, o zaman heç kəs heç kəsin əvəzinə bir şey verə bilməz, heç kəsdən əvəz qəbul olunmaz yardım edən olmaz.
Sabirə Dünyamalıyeva:
Heç kəsin yerinə heç kəsin bir şey ödəmədiyi, hiç kimdən xilas olmaq üçün Verilən əvəz qəbul edilmədiyi, köməyin, şəfaətin heç kimə bir faydasının olmadığı günahkarlara kömək göstərilmədiyi günə qarşı Allahın mühafizəsi altına daxil olun.