Əlixan Musayev:
Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan (yerə) enin. Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar.
Bünyadov-Məmmədəliyev:
(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!
Elmir Quliyev
:
Он сказал: "Низвергнитесь отсюда вместе, и одни из вас будут врагами других. Если же к вам явится от Меня верное руководство, то всякий, кто последует Моему верному руководству, не окажется заблудшим и несчастным.
Ələddin Sultanov:
(Allah) dedi: “Bir-birinizə düşmən kəsilərək hamınız oradan (cənnətdən) düşün! Məndən sizə hidayət rəhbəri gəldiyi zaman kim Mənim hidayətimə uyarsa, o nə yolunu azar, nə də bədbəxt olar.
Kerbelayi Malik ağa:
(Allahu Təala belə) dedi: ‘İkiniz oradan (aşağı) enin! Hamınız (şeytan və siz) bir-birinizə düşmən olaraq. Bundan sonra Məndən sizə mütləq hidayət gələcək. O zaman kim hidayətimə tabe olsa artıq o, dəlalətdə qalmaz və şaki (bədbəxt) olmaz.’
Ələsgər Musayev:
Dedi: «Düşün oradan cəmiyyən, bəziniz bəzisi üçün
düşmən! Nə vaxt ki, gəldi sizin üçün Mənim tərəfimdən
hidayət, kim tabe olsa Mənim hidayətimə, zəlil olmaz və
məşəqqət çəkməz!
A.Mehdiyev və D.Cəfərli:
(Allah) buyurdu: «Hər ikiniz bu mühitdən (yer kürəsinə) enin (və orada nəsil artırın). Sizdən (siz insanlardan) bəzisi digər bəzisinin düşməni olacaqsınız. Əgər Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər vasitəsi ilə bir din) gəlsə, həmin hidayətə tabe olan kəs heç vaxt nə yolunu azar və nə də bədbəxt olar.
Kövsər Tağıyev:
Allah belə dedi: “Bir-birinizə düşmən olaraq hamınız oradan enin. Tərəfimdən sizə bir hidayət (kitab) gəldiyi zaman kim mənim hidayətimə tabe olarsa, artıq nə (dünyada) zəlalətə düşər, nə də (axirətdə) əziyyət çəkər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin! Məndən sizə yol göstəricisi gələndə isə, kim mənim yol göstəricimin ardınca gedərsə, o, azmaz və bədbəxt olmaz.
Sabirə Dünyamalıyeva:
Allah, o ikisinə: "Bir-birinizə düşmən olaraq hamınız oradan alçalın. Artıq Məndən sizə bir bələdçi gəldiyi zaman, kim Mənim bələdçimə tabe olsa, bax o, azğınlığa düşməz və bədbəxt olmaz" dedi.