Ali-İmran Surəsi 123. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz zəif olduğunuz halda Allah, Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!
Elmir Quliyev :
Аллах уже оказал вам поддержку при Бадре, когда вы были слабы. Бойтесь же Аллаха, быть может, вы будете благодарны.
Ələddin Sultanov:
Həqiqətən, zəif olduğunuz halda Allah sizə Bədrdə yardım etmişdi. Ona görə Allahdan qorxun ki, bəlkə şükür etmiş olasınız!
Kerbelayi Malik ağa:
And olsun ki, Bədir döyüşündə siz (say silah baxımından) daha zəif bir halda ikən, Allah sizə kömək etdi. Artıq Allaha qarşı təqva sahibi olun. Ola bilsin ki, beləcə siz şükür edərsiniz!
Ələsgər Musayev:
Əlbəttə, yardım etdi sizə Allah bədrlə siz zillətli idiniz. qorxun Allahdan, ola ki, şükr edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
H?qiq?t?n, Allah siz? B?dr (doyusun)d? gucsuz v? p?nahs?z oldugunuz halda kom?k etdi. Buna gor? d? Allahdan qorxun ki, b?lk? sukr ed?siniz.
Kövsər Tağıyev:
And olsun ki, siz son dərəcə gücsüz ikən Allah sizə Bədrdə yardım etmişdi. O halda Allaha qarşı gəlməkdən çəkinin ki, şükür etmiş olasınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz zəif olduğunuz halda Allah sizə Bədrdə kömək etdi. Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.
Sabirə Dünyamalıyeva:
and olsun, siz zəif ikən Allah, sizə verilən nemətlərin əvəzini ödəyərsiniz deyə, Bədrdə sizə kömək etdi: Elə isə Allahın mühafizəsi altına daxil olun.