Əlixan Musayev:
Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”.
Bünyadov-Məmmədəliyev:
Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”
Elmir Quliyev
:
А кто отвернется от Моего Напоминания, того ожидает тяжкая жизнь, а в День воскресения Мы воскресим его слепым".
Ələddin Sultanov:
Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik”.
Kerbelayi Malik ağa:
Kim Mənim zikrimdən üz çevirsə, o təqdirdə mütləq onun sıxıntılı bir həyatı olacaq. Qiyamət günü onu kor olaraq həşr edəcəyik.
Ələsgər Musayev:
Kim üz döndərsə Mənim yad
edilməyimdən, həqiqətən, onun üçün məişəti çətin olar və
qiyamət günü onu kor halda toplayarıq!»
A.Mehdiyev və D.Cəfərli:
Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik.
Kövsər Tağıyev:
“Kim də mənim zikrimdən (Qur`andan) üz çevirərsə, onun güzaranı çətin olar və biz onu qiyamət günündə kor olaraq həşr edərik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim Mənim Zikrimdən [Qurandan] üz döndərsə, onun üçün sıxıntılı bir güzəran olacaqdır. Biz onu qiyamət günü kor kimi məhşər ayağına çəkəcəyik.
Sabirə Dünyamalıyeva:
Kim Mənim zikrimdən/Mənim öyüdümdən uzaq dayansa, heç şübhəsiz ki, onun üçün çətin, darıxdırıcı bir dolanışıq/həyat vardır. Qiyamət günü onu kor olaraq qiyamət gününün yığıncaq səhnəsinə gətirərik.