Əlixan Musayev:
Bir surə nazil edildiyi zaman onlardan (istehza ilə): “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, (o surə) onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər.
Bünyadov-Məmmədəliyev:
Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): “Bu sizin hansınızın imanını artırdı?” – deyənlər də var. Möminlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər.
Elmir Quliyev
:
Когда ниспосылается сура, то среди них находится такой, который говорит: "Чья вера от этого стала сильнее?" Что касается тех, кто уверовал, то их вера от этого усиливается, и они радуются.
Ələddin Sultanov:
Bir surə nazil edildiyi zaman onlardan bəziləri: “Bu sizin hansınızın imanını artırdı?” - deyərlər. Möminlərə gəldikdə, bu surə onların imanını artırar və onlar sevinərlər.
Kerbelayi Malik ağa:
Bir surə nazil olunduğu zaman onlardan biri: ‘Bu hansınızın imanını artırdı?’ deyər. Ancaq amənu olan kəslərin imanını artırar və onlar bir-birlərini müjdələyərlər (sevinərlər).
Ələsgər Musayev:
Onda ki, nazil olur
surə, onlardan kim ki, deyir: «Bu, sizin hansı birinizə iman
artırdı?» Amma o kəslər ki, inanırlar, onların imanını artırır və
onlar bəşarətlənirlər.
A.Mehdiyev və D.Cəfərli:
Bir surə nazil olan zaman, onlardan (münafiqlərdən) bəzisi (istehza ilə) deyərlər: «Bu surə sizdən hansınızın imanını artırdı?». (De:) «İman gətirənlərə gəlincə, onların imanını artırdı və onlar (yeni səmavi töhfə aldıqlarına görə) sevinirlər.
Kövsər Tağıyev:
Hər hansı bir surə nazil edildiyi zaman aralarından (istehza ilə): “Bu, sizin hansınızın imanını artırdı?” deyənlər olur. İman edənlərə gəlincə, nazil olan surə onların imanını artırmışdır. Onlar bunu bir-birilərinə müjdələyirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir surə nazil olunan kimi, onlardan: "Bu, hansınızın imanını artırdı?" - deyən də vardır. İman gətirənlərin isə imanını artırıbdır və onlar (bir-birlərini) müjdələyərək sevinirlər.
Sabirə Dünyamalıyeva:
Və bir surə nazil edildiyi zaman, onlardan bir kimsə: "Nazil edilən o surə hansınızı iman baxımından qüvvətləndirdi?" deyər. Lakin iman etmiş kəslərə gəldikdə, nazil edilən o surə, onları iman baxımından artırmışdır; qüvvətləndirmişdir və onlar daim müjdələnirlər.