Nisa Surəsi 125. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yaxşı işlər görərək Allaha təslim olan hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur.
Bünyadov-Məmmədəliyev:
Yaxşı əməl sahibi olan özünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!
Elmir Quliyev :
Чья религия может быть прекраснее религии того, кто покорил свой лик Аллаху, творя добро, и последовал за верой Ибрахима (Авраама), исповедуя единобожие? Ведь Аллах сделал Ибрахима (Авраама) Своим возлюбленным.
Ələddin Sultanov:
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən İbrahimin hənif dininə tabe olan kimsədən din baxımından daha gözəl kim ola bilər. Allah İbrahimi Özünə dost tutmuşdur.
Kerbelayi Malik ağa:
Hənif olaraq Hz. İbrahimin dininə tabe olmuş vəchini (fizik bədənini) Allaha təslim edərək muhsin olan kimsədən din baxımından daha əhsən kim vardır. Allah Hz. İbrahimi dost tutmuşdu.
Ələsgər Musayev:
kim yaxşı ola bilər din etibarı ilə o kəsdən ki, təslim edə vəchini Allah üçün o, yaxşılardandır tabe olur hənif Ibrahim millətnə? götürdü Allah Ibrahimi dost!
A.Mehdiyev və D.Cəfərli:
Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur.
Kövsər Tağıyev:
Kimin dini yaxşılıq edərək özünü Allaha təslim edən haqqa yönələn İbrahimin dininə tabe olan kimsənin dinindən daha gözəldir? Allah İbrahimi dost tutdu.
M.Qənioğlu və T.Bilaloğlu:
Xeyir əməllər tutaraq özünü Allaha təslim edən hənif olaraq İbrahimin dini ardınca gedəndən din etibarı ilə daha yaxşısı kim ola bilər?! Allah İbrahimi Özünə dost tutmuşdur.
Sabirə Dünyamalıyeva:
yaxşılaşdıran-gözəlləşdirən biri olaraq, özünü Allah üçün islamlaşdıran hənif [köhnə inanclarından dönən biri olaraq, İbrahimin dininə tabe olan] kəsdən din baxımından daha yaxşı-gözəl kim ola bilər? Allah, İbrahimi, arxadan gələn nəsillərə "cığır açan-iz qoyan; imam-lider" etmişdir.