Ənam Surəsi 125. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar.
Bünyadov-Məmmədəliyev:
Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!
Elmir Quliyev :
Кого Аллах желает наставить на прямой путь, тому Он раскрывает грудь для ислама, а кого Он желает ввести в заблуждение, тому Он сдавливает и сжимает грудь, словно тот забирается на небо. Так Аллах насылает скверну (или наказание) на тех, кто не верует.
Ələddin Sultanov:
Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar, kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar. Allah iman gətirməyənləri bu şəkildə əzaba məruz qoyar.
Kerbelayi Malik ağa:
Elə isə Allah kimi Özünə hidayət etməyi dilərsə, onun köksünü (Allaha) təslim (İslam) üçün yarar (açar). Kimi dəlalətdə buraxmağı dilərsə, onun köksünü səmaya yüksəlirmiş kimi daralmış, sıxıntılı edər. Beləcə Allah mömin olmayanların üzərinə əzab verər.
Ələsgər Musayev:
Onda ki, gəldi onlara ayət, deyirlər: «Biz inanmarıq, ta o şeyin misli ki, Allahın rəsullarına verilib, bizə verilməyə!» Allah yaxşı bilir öz səfirliyini harada qərar versin. Isbat edəcək o kəslərə ki, cərimə olunmuşlardır, alçaqlıq, yanında Allahın əzab şiddətli ilə oldular məkrlilər!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar.
Kövsər Tağıyev:
Allah kimi doğru yola yönəltmək istərsə, onun köksünü İslama açar. Kimi azdırmaq istərsə, onun da köksünü göyə çıxırmışcasına daraldar, sıxar. Allah inanmayanlara əzab (və sıxıntını), bax belə verər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah kimə düz yol göstərmək istəyirsə, onun köksünü islam üçün geniş edir. Kimi yoldan çıxarmaq istəyirsə, onun köksünü o qədər dar sıxıntılı edir ki, sanki o, səmaya qalxır. Allah iman gətirməyənləri beləcə rüsvay edir.
Sabirə Dünyamalıyeva:
sonra, Allah kimi doğru yola yönəltmək istəsə, İslam üçün onun sinəsini açar. Kimi azdırmaq istəsə onun köksünü həddindən artıq çətin hala gətirər ki, sanki o, göyə qalxırmış kimi olar. Bax belə, Allah, murdarlığı [zərərli, əzab verən şeyləri] iman etməyənlərin üzərinə qoyar/atar.