Əlixan Musayev:
(Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də (ona) eynilə cəza verin. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. (Artıq cəza isə zülm etməkdir ki, bu da günahdır). Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir. (Əfv etmək, rəhm göstərmək savab qazanmağa çox gözəl vəsilə olduğu üçün, sözsüz ki, qisas almaqdan daha üstündür).
Elmir Quliyev
:
Если вы подвергните их наказанию, то наказывайте их так, как они наказывали вас. Но если вы проявите терпение, то так будет лучше для терпеливых.
Ələddin Sultanov:
Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir. (Təfsirlərdə qeyd olunan rəvayətə görə, Həzrət Peyğəmbər Ühüd döyüşündə müşriklər tərəfindən əmisi Həzrət Həmzənin burnu və qulaqlarının kəsilmiş, ciyərinin çıxarılmış olduğunu görən zaman: “Allaha and olsun ki, əgər Allah mənə zəfər bəxş edərsə, sənin yerinə yetmiş nəfəri belə edəcəyəm!” - deyə and içmişdi. Buna görə də yuxarıdakı ayə nazil oldu. Həzrət Peyğəmbər də andının əvəzini kəffarə ilə ödədi və andını həyata keçirmədi.)
Kerbelayi Malik ağa:
Əgər siz cəza verəcəksinizsə, o təqdirdə onların sizi cəzalandırdıqlarının misliylə cəzalandırın! Əgər həqiqətən səbir etsəniz, əlbəttə o (səbirləri) səbir edənlər üçün daha xeyirlidir.
Ələsgər Musayev:
Əgər cəza verəsi olsanız, sizə
cəza verilənin misli qədər cəza verin. Əgər səbr etsəniz,
həqiqətən, bu, səbr edənlər üçün xeyirlidir.
A.Mehdiyev və D.Cəfərli:
Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbr etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbr edənlər üçün daha yaxşıdır.
Kövsər Tağıyev:
Əgər cəza verəcəksinizsə, sizə edilənin eynisi ilə cəzalandırın. Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz cəzalandırmaq istəsəniz, sizə verilmiş cəza ilə cəzalandırın. Yox, əgər səbr etsəniz, bu, hövsələsi olanlar üçün daha xeyirlidir.
Sabirə Dünyamalıyeva:
Və əgər cəza verəcək olsanız da, sizin cəzalandırıldığınızın misli ilə [eynisi ilə] cəza verin. Və əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.