Əlixan Musayev:
Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Allah) dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”
Bünyadov-Məmmədəliyev:
Yadına sal ki, İbrahim ; “Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!”- deyə dua etdikdə, O (Allah) : “Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!” – deyə buyurdu.
Elmir Quliyev
:
Вот сказал Ибрахим (Авраам): "Господи! Сделай этот город безопасным и надели плодами его жителей, которые уверовали в Аллаха и в Последний день". Он сказал: "А неверующим Я позволю пользоваться благами недолгое время, а затем заставлю их страдать в Огне. Как же скверно это место прибытия!"
Ələddin Sultanov:
O zaman İbrahim demişdi: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et! Əhalisindən Allaha və axirət gününə inananlara (hər növ) məhsullardan ruzi ver!” Allah dedi: “Kafirləri (dünya nemətlərindən) bir qədər faydalandırar, sonra da cəhənnəm əzabına düçar edərəm. Ora nə pis dönüş yeridir!”
Kerbelayi Malik ağa:
İbrahim: ‘Rəbbim buranı təhlükəsiz bir şəhər et. Onun xalqından Allaha və yəvmil axıra iman edənlərə müxtəlif məhsul və meyvələrdən ruzi ver.’ dediyi zaman (Allah) belə buyurdu: ‘Kafir olan kimsəni bir az mətalandıraram (ruzi verərəm) və sonra onu atəşin əzabına məruz buraxaram, ora necə də pis bir dönüş yeridir.’
Ələsgər Musayev:
Onda dedi Ibrahim: «Rəbbim! Et bu ölkəni əminaman
və ruziləndir əhlini onun səmaratdan kim inandı
onlardan Allah ilə və günü ilə axırın» Dedi: «Və kim kafir
olarsa, mətah verərəm ona az sonra zorla gətirərəm onu
tərəfinə od əzabının və çox pis yerdir!»
A.Mehdiyev və D.Cəfərli:
Və (xatırlayın) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə – hər növ meyvə və məhsullardan ruzi ver.» Buyurdu: «(Elə də edəcəyəm) və kim kafir olsa, onu bir az bəhrələndirəcək, sonra isə odun əzabına düçar edəcəyəm və ora pis bir qayıdış yeridir!»
Kövsər Tağıyev:
İbrahim: “Rəbbim! Bu şəhəri əmin-amanlığın hökm sürdüyü bir şəhər et. Əhalisindən Allaha və axirət gününə iman edənləri hər növ məhsulla ruziləndir”, – demişdi. Allah da: “İnkar edənə belə bir müddət (bu müvəqqəti qısa həyatda) ruzi verərəm, sonra onu cəhənnəm əzabına sürükləyərəm. Nə pis mənzildir ora!” – demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onda İbrahim söylədi: "Ey Rəbbim ! Buranı əmin-amanlıq diyarı et ! Onun Allaha və axirət gününə inanan sakinlərinə məhsullardan ruzi ver." Allah dedi: "Küfr edənə isə Mən bir az güzəran sürdürər, sonra isə onu cəhənnəm əzabına sürüklərəm. Nə pis son mənzil !
Sabirə Dünyamalıyeva:
Və bir zaman İbrahim: "Ey Rəbbim! Buranı əmin-amanlıq olan bir şəhər et, xalqını; xalqın içindən Allaha və axırıncı günə inananları meyvələrlə ruziləndir" demişdi. Allah dedi ki: "Kafiri [məbud və rəbb olduğumu bilə-bilə inkar edən kimsəni belə çox az bəhrələndirərəm, sonra da onu atəşin əzabına sürüyərəm. Və [ora] nə pis gediş yeridir!"