Əlixan Musayev:
Səbr et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir. (Dəvətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni öldürmək məqsədilə) qurduqları hiylələrə görə də ürəyini qısma!
Elmir Quliyev
:
Посему терпи, ибо твое терпение — только от Аллаха. Не скорби по ним и не печалься оттого, что они ухищряются.
Ələddin Sultanov:
Sən səbir et! Sənin səbrin yalnız Allahın köməyi ilədir. Onlar üçün kədərlənmə və qurduqları hiylələrə görə narahat olma!
Kerbelayi Malik ağa:
Səbir et! Sənin səbrin sadəcə Allah ilədir (Allahın təsərrüfü ilədir). Onların üzündən qəmgin olma və onların qurduqları hiylələr səbəbiylə sıxılma.
Ələsgər Musayev:
Səbr et
və sənin səbr etməyin ancaq Allah ilədir. Onlara görə hüznlü
olma və etdikləri məkrlərə görə darıxma!
A.Mehdiyev və D.Cəfərli:
(Boynuna qoyulmuş ilahi tapşırığın çatdırılmasında) səbirli ol və sənin səbrin yalnız Allah(ın kömək və yardımı) ilədir. Onlara (onların iman gətirməmələrinə) görə, yaxud möminlərin çətinlik və sıxıntılarına görə qəm yemə və onların işlətdikləri hiyləyə görə ürəyini sıxma.
Kövsər Tağıyev:
Səbir et! Sənin səbrin ancaq Allahın yardımı ilədir. Onlara görə məyus olma. Hiylə qurduqlarına görə də ürəyini sıxma.
M.Qənioğlu və T.Bilaloğlu:
Səbr et, axı sənin səbr edə bilməyin ancaq Allahdandır. Onlar üçün qüssələnmə və onların işlətdikləri məkrə görə də sıxılma.
Sabirə Dünyamalıyeva:
Sən səbrli ol! Sənin səbr etməyin də ancaq Allah ilədir. Onlar üçün kədərlənmə! Onların qurduqları hiylələrə görə ürəyini sıxma!