Bəqərə Surəsi 127. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman İbrahim İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən (belə) (dua etdilər): “Ey Rəbbimiz! (bunu )bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!
Bünyadov-Məmmədəliyev:
Onu da yadına sal ki, İbrahim İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” deyə dua etdilər.
Elmir Quliyev :
Вот Ибрахим (Авраам) и Исмаил (Измаил) подняли основание Дома (Каабы): "Господь наш! Прими от нас! Воистину, Ты Слышащий, Знающий.
Ələddin Sultanov:
Bir zaman İbrahim İsmail evin (Kəbənin) bünövrəsini ucaldırdılar (və belə dua edirdilər:) “Ey Rəbbimiz, bizdən (bunu) qəbul et! Şübhəsiz ki, Sən hər şeyi eşidənsən, bilənsən!
Kerbelayi Malik ağa:
İbrahim (ə.s) İsmayıl (ə.s) beytin (Kəbənin) təməllərini yüksəldirdilər (və belə dua edirdilər): ‘Rəbbimiz, bizdən bunu qəbul buyur. Şübhəsiz ki, Sən ən yaxşı eşidən ən yaxşı bilənsən.’
Ələsgər Musayev:
onda qaldırır Ibrahim qalacağı evdən ötrü bünövrə Ismail: «Rəbbimiz! Qəbul et bizdənhəqiqətən Sən Səmisən, Alimsən!»
A.Mehdiyev və D.Cəfərli:
(yada salın) o zaman(ı) ki, İbrahim İsmail evin (Kə’bənin) təməlini ucaldırdılar (və deyirdilər): «Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən bilən Sənsən!»
Kövsər Tağıyev:
O vaxt İbrahim İsmail ilə birlikdə evin (Kəbənin) bünövrəsini yüksəldir, “Ey Rəbbimiz! Bizdən qəbul et! Şübhəsiz, sən haqqı ilə eşidən, haqqı ilə bilənsən”, deyirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O vaxt İbrahim İsmail ilə birlikdə Evin (Kəbənin) bünövrəsini qaldıraraq dedilər: "Ey Rəbbimiz ! Bizdən qəbul et. Sən ki, həqiqətən, hər şeyi eşidənsən, bilənsən.
Sabirə Dünyamalıyeva:
bir zaman İbrahim İsmayıl Beytin bünövrəsini ucaltdılar: "Ey Rəbbimiz! Bizdən qəbul et! Şübhəsiz, Sən ən yaxşı eşidən, ən yaxşı bilənsən.