Əlixan Musayev:
Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha sürəklidir.
Bünyadov-Məmmədəliyev:
Biz (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir!
Elmir Quliyev
:
Так Мы воздаем тем, кто излишествовал и не уверовал в знамения своего Господа. А мучения в Последней жизни будут еще более тяжкими и длительными.
Ələddin Sultanov:
Biz həddi aşıb Rəbbinin ayələrinə inanmayanları belə cəzalandırırıq. Axirət əzabı isə, əlbəttə, daha şiddətli və daha əbədidir.
Kerbelayi Malik ağa:
Həddi aşanları və Rəbbinin ayələrinə inanmayanları belə cəzalandırarıq. Axirət əzabı daha şiddətli və baqidir (davamlıdır).
Ələsgər Musayev:
Belə cəzalandırırıq
Biz o kəsi ki, israf edib və inanmadı ayətlərilə Rəbbinə və
axirət əzabı isə daha şiddətlidir və baqidir!
A.Mehdiyev və D.Cəfərli:
Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir.
Kövsər Tağıyev:
Həddi aşan və Rəbbinin ayələrinə inanmayanları belə cəzalandırarıq. Şübhəsiz, axirət əzabı daha şiddətli və daha qalıcıdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Həddi aşanı və Rabbinin ayələrinə inanmayanı Biz belə cəzalandırırıq. Axirət əzabı daha şiddətli və daha uzun sürəndir.
Sabirə Dünyamalıyeva:
Və bax Biz, həddini aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri belə cəzalandırırıq. Və axirət əzabı şübhəsiz ki, daha şiddətli, daha sürəklidir.