Tövbə Surəsi 127. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir surə nazil edildiyi zaman on­­lar: “Sizi kimsə görürmü?”(–)(deyə) bir-birlərinə baxır, sonra da üz çevirib gedirlər. Anlamayan adamlar olduqlarına görə Allah onların qəlbini (imandan) məh­­rum etmişdir.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil edildiyi zaman bir-birinə baxıb: “(Müsəlmanlardan) sizi görən varmı?” deyə soruşur, (görən yoxdursa) dönüb aradan çıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini (imandan, xeyirdən) döndərmişdir!
Elmir Quliyev :
Когда ниспосылается сура, они смотрят друг на друга: "Видит ли вас кто-нибудь?" А затем они отворачиваются. Аллах отвратил их сердца, потому что они люди неразумные.
Ələddin Sultanov:
Bir surə nazil edildiyi zaman onlar bir-birinə baxıb: “Sizi görən varmı?” deyər, sonra da aradan çıxarlar. Onlar (haqqı) anlamayan bir qövm olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərmişdir.
Kerbelayi Malik ağa:
Bir surə nazil olunduğu zaman: ‘Sizi görən bir kimsə varmı?’ deyə onlar bir-birlərinə baxarlar, sonra gedərlər. Allah onların qəlblərini anlamayan bir tayfa olmaları səbəbiylə çevirdi.
Ələsgər Musayev:
Onda ki, nazil olur surə, nəzər salırlar bəziləri tərəfinə bəzisinin: «Sizi biri gördümü?» Sonra sərf edirlər. Sərf etdi Allah qəlblərini onların. Həqiqətən, onlar anlamaz qoumdur!
A.Mehdiyev və D.Cəfərli:
bir surə nazil olan zaman (narahat olduqlarına rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq.)» Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərdi.
Kövsər Tağıyev:
Bir surə nazil edildiyi zaman: “Sizi kimsə görürmü?” deyə bir-birilərinə baxır, sonra da çəkilib gedirlər. Anlamayan bir güruh olmaları səbəbi ilə Allah onların qəlblərini döndərmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir surə nazil olunan kimi onlar bir-birilərinə baxaraq: “Sizi bir kəs görürmü?" - deyir, sonra da aradan çıxırlar. Anlamaz adam olduqları üçün qoy Allah onların ürəklərini döndərsin!
Sabirə Dünyamalıyeva:
Bir surə nazil olduqda, bir-birlərinə baxıb [deyirlər]: "Sizi görən kimsə varmı?" Sonra üz çevirib gedirlər. Həqiqətən, əməlli-başlı anlayıb dərk etməyən bir tayfa olmaları səbəbindən, Allah onların qəlblərini döndərmişdir.