Bəqərə Surəsi 128. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey Rəbbimiz! İkimizi Sənə təslim olacaq, nəslimizdən Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!
Bünyadov-Məmmədəliyev:
(İbrahim İsmail dedilər: ) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”
Elmir Quliyev :
Господь наш! Сделай нас покорившимися Тебе, а из нашего потомства общину, покорившуюся Тебе. Покажи нам обряды поклонения и прими наше покаяние. Воистину, Ты Принимающий покаяние, Милосердный.
Ələddin Sultanov:
Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et nəslimizdən Sənə təslim olan bir ümmət çıxart! Bizə (həcc üçün) ibadət qaydalarını göstər tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən.
Kerbelayi Malik ağa:
Rəbbimiz, bizim ikimizi sənə təslim olanlardan et, nəslimizdən sənə təslim olan bir ümmət et bizə (həcc) ibadətinin yerlərini (və qaydalarını) göstər tövbəmizi qəbul et. Şübhəsiz ki, Sən tövbələri qəbul edənsən, rəhmət edənsən (rəhmət nuru göndərənsən).
Ələsgər Musayev:
Rəbbimiz! Et bizi Sənə iki təslim olan zürriyyətimizdən Sənə təslim olan ümmət göstər biz əskikliyimizi tövbə et üzərimizə bizimhəqiqətən, Sən Təvvabsan, Rəhimsən!
A.Mehdiyev və D.Cəfərli:
«Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən rəhmli Sənsən!»
Kövsər Tağıyev:
“Rəbbimiz! Bizi sənə təslim olan kimsələr et. Soyumuzdan gələnləri sənə təslim olan bir ümmət et. Bizə ibadət yerlərini qaydalarını göstər. Tövbəmizi qəbul et. Çünki sən tövbələri çox qəbul edənsən, çox mərhəmətlisən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey Rəbbimiz ! Bizi özünə təslim olanlar (itaətkarlar) et, nəslimizdən Özünə sadiq bir tayfa düzəlt, ibadət yerlərimizi bizə göstər. Tövbələrimizi qəbul et. Sən ki, tövbələri qəbul edənsən, rəhmlisən !
Sabirə Dünyamalıyeva:
Rəbbimiz! Bizim ikimizi Sənin üçün möhkəmləndirən [əmin-amanlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə daxil olmasını təmin edən] kəslər et. Nəslimizdən Sənin üçün möhkəmləndirən [əmin-amanlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə daxil olmasını təmin edən] bir ümmət yarat. bizə, bəndəlik üsullarını göstər, tövbəmizi qəbul et. Şübhəsiz ki, Sən günahdan qayıdışları çox qəbul edən çox mərhəmətli olansan.