Taha Surəsi 128. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan əvvəl öz məskənlərində gəzib dolaşan neçə-neçə nəsilləri məhv etməyimiz, onlara dərs olmadımı? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır.
Bünyadov-Məmmədəliyev:
Məgər (kafirlərə) bəlli olmadımı ki, Biz onlardan əvvəl (indi) məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda (keçmiş ümmətlərin giriftar olduğu müsibət fəlakətlərdə) ağıl sahibləri üçün ibrətlər vardır!
Elmir Quliyev :
Неужели их не привело на прямой путь то, что Мы погубили до них столько поколений, по жилищам которых они ходят? Воистину, в этом знамения для обладающих разумом.
Ələddin Sultanov:
Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Halbuki özləri onların yurdlarında gəzib dolaşırlar. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Onlar hələ hidayətə gəlmədilərmi? Onlardan əvvəl neçə-neçə nəsilləri həlak etməmizə (baxmayaraq) ki, indi onlar onların məskənlərində gəzib dolaşırlar. Bunda ağıl sahibləri üçün mütləq ibrətlər vardır.
Ələsgər Musayev:
Ə, hidayət olmadı onlar üçün ki, qədər həlak etdik onlardan qabaq qərinələrdən ki, onların məskənlərində yol gedirlər? Həqiqətən bunda ayətlər var düşüncə sahibləri üçün!
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlardan (Məkkə müşriklərindən) qabaq onların indi məskənlərində gəzdikləri çoxlu dəstələri məhv etməyimiz (Məkkə əhalisinin Yəməndəki Ad, Şamdakı Səmud Əykə, Fələstindəki Lut qövmünün məskənlərində gəzib onların məhv edilmələrini görmələri) onlar üçün hidayət mənbəyi olmur?! Həqiqətən bunda (bu hadisələrdə) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət qəzəbini göstərən) nişanələr vardır.
Kövsər Tağıyev:
Onlardan əvvəl neçə-neçə nəsilləri həlak etməyimiz –hansı ki, siz onların yurdlarında gəzib dolaşırsınız onları doğru yola yönəltmədimi? Şübhəsiz, bunda ağıl sahibləri üçün ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlardan əvvəl (indi) yurdlarında gəzib dolaşdıqları neçə-neçə nəsli məhv etdiyimiz onlara bəlli olmadımı? Ağıl sahibləri üçün bunda ibrətlər vardır.
Sabirə Dünyamalıyeva:
[İndi] yurdlarında gəzib dolaşdıqları, onlardan əvvəl məhv etdiyimiz neçə-neçə nəsillər, onlar üçün dərs olmadımı? Şübhəsiz ki, bunda ağıl sahibi olanlar üçün dəlillər vardır.