Əlixan Musayev:
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!
Elmir Quliyev
:
Если женщина опасается, что муж будет проявлять к ней неприязнь или отворачиваться от нее, то на них обоих не будет греха, если они заключат между собой мир, ибо мирное решение — лучше. Душам свойственна скупость , но если вы будете добродетельны и богобоязненны, то ведь Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (özündən) üz çevirməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlmələri onlara günah deyil. Barışmaq daha xeyirlidir. Nəfslər xəsisliyə (qısqanclığa) hazırdır. Əgər yaxşı dolanıb (Allahdan) qorxsanız, (bilin ki,) şübhəsiz, Allah sizin etdiklərinizdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Əgər bir qadın ərinin ona laqeyd yanaşmasından və ya ondan üz çevirməsindən qorxarsa, artıq ikisinin də barışığa gələrək aralarını düzəltməsində bir günah yoxdur və sülh (razılaşma) daha xeyirlidir. Nəfslər xəsisliyə (qısqanclığa və ehtirasa) hazır qılınmışdır (meyilli yaradılmışdır). Əgər ehsanla davranar və təqva sahibi olsanız, o təqdirdə şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdar olandır.
Ələsgər Musayev:
Əgər arvad ərinin gobudluğundan, ya üz
döndərməyindən xoflanarsa, günah yoxdur onlara ki, öz
aralarında sülh edələr. Sülh xeyirlidir. Ancaq nəfslərdə simiclik
həmişə olur. Əgər yaxşılıq edəsiniz və təqvalı olasız, həqiqətən,
Allah Xəbirdir nə ilə ki, əməldəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Əgər bir qadın öz ərinin itaətsizliyindən ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa belə) aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur. (Əslində) sülh daha yaxşıdır. (Əlbəttə) paxıllıq və gözü götürməzlik təbiətcə (insanların) canların(ın) ayrılmaz bir hissəsinə çevrilmişdir (onların öz haqlarından keçmələri çətindir). Əgər yaxşılıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır.
Kövsər Tağıyev:
Əgər bir qadın ərinin onunla pis rəftar etməsindən, yaxud üz döndərməsindən narahat olarsa, uzlaşaraq aralarını düzəltmələrində ikisinə də bir günah yoxdur. Uzlaşmaq daha xeyirlidir. Nəfslər isə qısqanclığa və xudbin həvəslərə hazır (əlverişli) yaradılmışdır. Əgər yaxşılıq edər və Allaha qarşı gəlməkdən çəkinərsinizsə, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər bir qadın öz ərinin kobud rəftarından və ya ondan uzaqlaşmasından qorxarsa, onda öz aralarında barışığa gəlmələri onlar üçün günah deyildir. Axı barışıq daha xeyirlidir. Əsasən nəfslərdə həmişə bir qısqanclıq mövcuddur. Xoş davranıb (nöqsan və qüsurlardan) çəkinsəniz, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Və əgər bir qadın, ərinin rəftarından; qaba hərəkət etməsindən yaxud da özündən uzaqlaşmasından qorxsa, öz aralarında barışıq etməkdən onlara bir günah yoxdur. Və barışıq xeyirlidir. Və nəfslər qısqanclığa hazır haldadır. Əgər yaxşılaşdırsanız-gözəlləşdirsəniz və Allahın mühafizəsi altına daxil olsanız, şübhəsiz ki, Allah, etdiklərinizdən xəbərdardır.