Əraf Surəsi 128. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”.
Bünyadov-Məmmədəliyev:
Musa öz tayfasına: “Allahdan kömək diləyin səbr edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!” - dedi.
Elmir Quliyev :
Муса (Моисей) сказал своему народу: "Просите помощи у Аллаха и терпите. Воистину, земля принадлежит Аллаху. Он дарует ее в наследие тому из Своих рабов, кому пожелает, и благой конец уготован богобоязненным".
Ələddin Sultanov:
Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin səbir edin! Şübhəsiz ki, yer üzü Allahındır. O, bəndələrindən dilədiyi kimsəni onun varisi edər. Gözəl aqibət təqva sahiblərinin olacaqdır”.
Kerbelayi Malik ağa:
Musa (ə.s) qövmünə belə dedi: ‘Allahdan yardım istəyin səbir edin! Şübhəsiz yer üzü Allahındır. Qullarından dilədiyini ona varis edər. Gözəl aqibət (zəfər) təqva sahiblərinindir.’
Ələsgər Musayev:
Musa öz qoumuna dedi: «Istəyin Allah ilə səbr edin. Həqiqətən, ərz Allahındır. Varis edər ona bəndələrindən kim istəsə. Aqibət müttəqilər üçündür!»
A.Mehdiyev və D.Cəfərli:
Musa öz qövmünə dedi: «Allahdan kömək diləyin səbr edin. Şübhəsiz yer üzü Allaha məxsusdur (onun yaradılışı, qorunması sakinlərinin idarə olunması Onun istək iradəsi ilə həyata keçir), istədiyini onun varisi edir. (Gözəl) aqibət pərhizkarlarındır».
Kövsər Tağıyev:
Musa qövmünə: “Allahdan yardım istəyin səbir edin. Şübhəsiz, yer üzü Allahındır. Qullarından istədiyini ona varis edər. Aqibət Allaha qarşı gəlməkdən çəkinənlərindir”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa öz tayfasına dedi: "Allahdan kömək diləyin səbr edin! Həqiqətən, yer Allahındır, onu Öz bəndələrindən istədiklərinə miras verir. Son nəticə isə müttəqilərin xeyrinədir!“
Sabirə Dünyamalıyeva:
Musa, öz qövmünə dedi ki: "Allahın yardımını diləyin səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. Bəndələrindən istədiyini ora varis edər. Gözəl aqibət Allahın mühafizəsi altına daxil olan kəslər üçündür."