Əlixan Musayev:
Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!
Elmir Quliyev
:
К вам явился Посланник из вашей среды. Тяжко для него то, что вы страдаете. Он старается для вас. Он сострадателен и милосерден к верующим.
Ələddin Sultanov:
Həqiqətən, sizə öz içinizdən elə bir peyğəmbər gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona ağır gələr. O, sizə qarşı qayğıkeşdir, möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir.
Kerbelayi Malik ağa:
And olsun ki, sizə sizin içinizdən əziz bir Rəsul gəldi. Sizin kədərlənməyiniz Ona ağır gəlir (Onu üzər). Sizə çox bağlı, möminlərə şəfqətli və mərhəmətlidir.
Ələsgər Musayev:
Əlbəttə, gəldi sizə rəsul nəfsinizdən.
Əzizdir üzərində onun nə ki, inanmırsınız. Hərisdir üzərinizdə
sizin. Inananlar ilə raufdur, rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.
Kövsər Tağıyev:
And olsun, sizə öz aranızdan elə bir peyğəmbər gəlmişdir ki, sizin əziyyətə düşməyiniz ona çox ağır gəlir. O, sizə qarşı çox qayğıkeş, möminlərə qarşı da çox şəfqətli və mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz içərinizdən sizə bir peyğəmbər gəldi, sıxıntıya düşməniz onun üçün ağırdır. O, üstünüzdə əsəndir, möminlərə şəfqətlidir, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
And olsun, sizə öz içinizdən elə bir elçi gəlmişdir ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizi çox istəyir, yalnız inananlara qarşı çox şəfqətlidir, asanlaşdırandır, çox mərhəmətlidir.