Əlixan Musayev:
Göylərdə və yerdə nə varsa, Allahındır. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Аллаху принадлежит то, что на небесах, и то, что на земле. Он прощает, кого пожелает, и подвергает мучениям, кого пожелает. Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. O, dilədiyini bağışlayar, dilədiyinə isə əzab verər. Allah bağışlayandır, rəhm edəndir.
Kerbelayi Malik ağa:
Göylərdə və yerdə nə varsa Allahındır. Dilədiyini məğfirət edər və dilədiyinə də əzab edər. Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Və Allah
üçündür nə ki, səmalarda və nə ki, ərzdə var. Bağışlar kim
üçün istəsə və əzab edər kim istəsə və Allah Ğəfurdur,
Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Goyl?rd? v? yerd? olanlar (onlar?n ozl?ri d? daxil olmaqla) Allah?n h?qiqi mulkudur (cunki yaratmaq, qorumaq, idar? etm?k v? aradan aparmaq, bunlar?n ham?s? Onun ?lind?dir). Ist?diyini (v? layiq bildiyini) bag?slay?r v? ist?diyin? (butun d?lill?r t?qdim olunub qurtard?qdan sonra) ?zab ver?r. Allah cox bag?slayan v? mehriband?r.
Kövsər Tağıyev:
Göylərdəki hər şey və yerdəki hər şey Allahındır. O, istədiyini bağışlayar, istədiyinə əzab verər. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə və yer üzündə nə varsa, Allaha məxsusdur. O istədiyi kəsi bağışlar, istədiyi kəsi cəzalandırar. Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Göylərdə olan şeylər və yer üzündə olan şeylər Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.