Əlixan Musayev:
Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. (Birinə) tama-milə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər (özünüzü) doğruldub (Allahdan) qorxsanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Вы не сможете относиться к женам одинаково справедливо даже при сильном желании. Не наклоняйтесь же полностью к одной, оставляя другую словно висящей (не уделяйте все внимание только одной жене, оставляя другую в таком положении, когда она, выйдя замуж, чувствует себя незамужней). Но если вы исправите положение и будете богобоязненны, то ведь Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Zövcələr arasında ədalətli davranmağı nə qədər çox istəsəniz də, əsla bacara bilməzsiniz. Ona görə də birini asılı vəziyyətdə qoyub, (digərinə) tamamilə meyil göstərməyin! Əgər barışığa gəlib (belə hərəkətlərdən) çəkinsəniz, (bilin ki,) həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Birdən çox qadınla evlənən kişi zövcələri arasında ədalətli davranmaq məcburiyyətindədir. Ancaq bəzi hallarda ədalətli davranmaq qeyri-mümkündür. Məsələn, iki zövcəni eyni dərəcədə bəyənib sevə bilmək mümkün deyildir. Bunu istəsə də bacara bilməyəcəyinə görə kişi bundan məsul deyildir. Ancaq maddi imkanlar, birlikdə yaşamaq və digər ehtiyaclarla bağlı onlar arasında ədalətli olmalıdır.)
Kerbelayi Malik ağa:
Qadınlar arasında ədalətlə davranmağa cəhd göstərsəniz belə əsla bacara bilməzsiniz, o halda birinə tamamilə meyl edib (sevgi göstərib), beləcə digərini müəlləqdə (asılı vəziyyətdə, nə evli kimi evli, nə də boşanmış kimi boşanmış) kimi tərk etməyin. Əgər aranı düzəldər və təqva sahibi olsanız, o təqdirdə şübhəsiz ki, Allah, Ğafurdur və Rəhimdir.
Ələsgər Musayev:
Ədər istəsəniz
də, heç vaxt bacarmazsınız qadınlarınızın arasında ədalətlə
rəftar etməyi. Bütün meylinizi bir tərəfə salmayın ki, o biri tərəf
meyilsiz qala. Əgər islah edib və təqvalı olasınız, həqiqətən,
Allah oldu Ğəfur, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Siz hər nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında (batini meyllərdə) ədalətə riayət edə bilməzsiniz. Buna görə də (heç olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən şəraitdə (havada) qoymayın. Əgər sülh və barışıq etsəniz və təqvalı olsanız, şübhəsiz Allah həmişə bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Nə qədər çalışsanız da qadınlar arasında ədaləti təmin edə bilməzsiniz. Elə isə (birinə) tamamilə könül verib digərini asılı qalmış (nə ərli, nə ərsiz bir) qadın kimi buraxmayın. Əgər aranı düzəldər və Allaha qarşı gəlməkdən çəkinərsinizsə, şübhəsiz, Allah çox bağışlayan və çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Nə qədər istəsəniz də, heç vaxt qadınlar(ınız) arasında ədalət yarada bilməyəcəksiniz. (Birinə) tam meyl edib, digərini havadan asılı [qeyri-müəyyən] vəziyyətdə qoymayın. Özünüzü islah edib çəkinsəniz (bilin ki,) həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Və qadınlarınız arasında ədalətli olmağa nə qədər çalışsanız da [buna] əsla gücünüz çatmaz. Elə isə birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Və əgər sahmana salsanız [yaxşılaşdırsanız] və Allahın mühafizəsi altına daxil olsanız, şübhəsiz ki, Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.