Nəhl Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri s.) sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır!
Elmir Quliyev :
Он сотворил для вас на земле разнообразие цветов. Воистину, в этом знамение для людей поминающих.
Ələddin Sultanov:
Yer üzündə sizin üçün yaratdığı növbənöv şeyləri (istifadənizə verdi). Şübhəsiz, bunda da düşünüb öyüd alanlar üçün ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Yer üzündə sizin üçün yaradıb çoxaltdısa, hamısının rəngləri növ-növdür (müxtəlifdir). Şübhəsiz ki, bunda zikr edən (təzəkkür edən) bir topluluq üçün əlbəttə ayə (dəlil) vardır.
Ələsgər Musayev:
ki, O sizin üçün ərzdə müxtəlif rənglər səpdi, həqiqətən, bunda yad edən qoum üçün ayətlər var!
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin bu yerdə sizin üçün müxtəlif növlərdə müxtəlif rənglərdə yaratdığı şeyləri (dağları, fəzaları, səhraları heyvanları ram etdi). Həqiqətən bunda (bu məxluqlarda onların təsir xüsusiyyətlərində) ibrət alan dəstə üçün bir nişanə vardır.
Kövsər Tağıyev:
Sizin üçün yer üzündə müxtəlif rəng surətlərdə yaratdığı şeyləri sizin xidmətinizə verdi. Öyüd götürən bir toplum üçün bunda ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
O, yer üzündə sizin üçün cürbəcür şeylər yaratdı. Həqiqətən, düşünüb daşınan adamlar üçün bunda bir dəlil vardır.
Sabirə Dünyamalıyeva:
Yer üzündə sizin üçün müxtəlif rənglərdə yaratdığı şeyləri sizin ixtiyarınıza vermişdir. Şübhəsiz ki, bunda öyüd alan bir qövm üçün həqiqətən bir işarət/nişan var.