Əlixan Musayev:
Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini (imanını, səbatını və bəsirətini) artırmışdıq.
Elmir Quliyev
:
Мы расскажем тебе их историю правдиво. Это были юноши, которые уверовали в своего Господа, и Мы увеличили их приверженность прямому пути.
Ələddin Sultanov:
Biz onların xəbərini sənə olduğu kimi danışırıq. Həqiqətən, onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.
Kerbelayi Malik ağa:
Biz sənə onların xəbərlərini haqq olaraq söyləyirik. Şübhəsiz ki, onlar Rəblərinə amənu olmuş gənclər idi. Onların hidayətini artırdıq.
Ələsgər Musayev:
Biz hekayət edəcəyik sənə xəbərlərini onların haqq ilə.
Həqiqətən, onlar Rəblərinə iman gətirən cavanlar idilər və Biz
də onların hidayətini artırdıq.
A.Mehdiyev və D.Cəfərli:
Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər.»
Kövsər Tağıyev:
Biz sənə onların xəbərlərini haqq olaraq danışırıq. Həqiqətən, onlar Rəblərinə iman etmiş bir neçə gənc idi. Biz də onların hidayətlərini artırmışdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onların əhvalatını sənə haqq olaraq danışırıq. Onlar öz Rəbbinə iman gətirmiş cavanlardı. Biz onların imanını daha da artırdıq.
Sabirə Dünyamalıyeva:
Biz sənə Kəhf və Rəqim əhlinin vacib xəbərlərini gerçək olaraq qissə şəklində nəql edəcəyik. Şübhəsiz ki, onlar öz Rəbbinə iman etmiş bir neçə gənc igidlər idi. Biz də onları [doğru yola] yönləndirməyi artırdıq: