Əlixan Musayev:
Həm də zərəri xeyrindən daha yaxın olana yalvarır. O nə pis köməkçi, nə pis yoldaşdır!
Bünyadov-Məmmədəliyev:
Özü də zərəri xeyrindən daha çox (Cəhənnəmə daha yaxın) olana ibadət edər. O (büt) nə pis köməkçi, necə də pis yoldaşdır!
Elmir Quliyev
:
Он взывает к тому, кто может быстрее навредить, чем принести пользу. Плох такой господин! Плох такой товарищ!
Ələddin Sultanov:
O, zərəri faydasından daha yaxın olana dua edir. Onun dua etdiyi nə pis köməkçi, nə pis yoldaşdır!
Kerbelayi Malik ağa:
Həqiqətən zərəri faydasından daha çox olana dua edərlər. (Onların tapındıqları şeylər) nə pis dost (köməkçi) və nə pis yoldaşdır.
Ələsgər Musayev:
Çağırar o kəsi ki, zərəri yaxındır mənfəətindən. Pis ağa və
pis yoldaşdır!
A.Mehdiyev və D.Cəfərli:
O, ziyanı xeyirindən daha (çox və) yaxın olan kəsi çağırır (onun ziyanı şirkin nəticələri, xeyiri isə xülyadır). Necə də pis yardımçı və başçı, necə də pis yoldaş və həmdəmdir!
Kövsər Tağıyev:
Zərəri faydasından daha yaxın olana tapınar. O, (tapındığı şey) nə pis yardımçı, nə pis yoldaşdır.
M.Qənioğlu və T.Bilaloğlu:
zərəri xeyrindən daha yaxın olana ibadət edər. Nə pis bir himayəçi, nə pis bir sirdaş!
Sabirə Dünyamalıyeva:
O, ziyanı xeyrindən daha yaxın olana yalvarır. Yalvardığı o şey necə də pis bir köməkçi, [necə də pis bir] himayəçi və necə də pis yoldaşdır.