Əlixan Musayev:
Onlar əlləri qoynunda bağlı halda onun dar bir küncünə atıldıqları zaman ölüm diləyərlər.
Bünyadov-Məmmədəliyev:
Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman (Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər.
Elmir Quliyev
:
Когда их скованными бросят в тесное место, там они будут призывать погибель.
Ələddin Sultanov:
Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar.
Kerbelayi Malik ağa:
Bir-birinə bağlı vəziyyətdə dar bir yerə atıldıqları zaman orada yox olmaq istədilər.
Ələsgər Musayev:
Onda ki, onları qolları bağlı, dar məkana atdılar, zarıldayıb özlərinə ölüm istərlər.
A.Mehdiyev və D.Cəfərli:
Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar.
Kövsər Tağıyev:
Əlləri boyunlarına bağlanmış halda cəhənnəmin dar bir yerinə atıldıqları zaman orada yox olub getmək istəyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar əl-ayaqları bağlı halda oradakı dar bir yerə atılmış olanda orada ölümü çağırarlar.
Sabirə Dünyamalıyeva:
Və bağlanmış kəslər olaraq cəhənnəmin dar bir yerinə atıldıqları zaman, elə orada ölməyi istəyərlər.