Əlixan Musayev:
Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Möcüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər.
Elmir Quliyev
:
Когда Наши знамения были наглядно показаны им, они сказали: "Это — очевидное колдовство".
Ələddin Sultanov:
Möcüzələrimiz açıq bir şəkildə onlara gəldiyi zaman: “Bu, açıq-aydın bir sehrdir!” - dedilər.
Kerbelayi Malik ağa:
Ayələrimiz onlara göstərildiyi zaman; ‘Bu açıq-aşkar bir sehrdir.’ dedilər.
Ələsgər Musayev:
Amma elə ki, gəldi onlara Bizim ayətlərimiz bəsirətli edən, dedilər: «Bu, aşkar sehrdir!»
A.Mehdiyev və D.Cəfərli:
Bizim aşkar və aydınlıq gətirən möcüzələrimiz onlara gəldikdə dedilər: «Bu, açıq-aşkar bir sehrdir».
Kövsər Tağıyev:
Nəhayət, ayələrimiz həqiqəti göstərəcək şəkildə onlara gəldikdə: “Bu, açıq-aşkar bir sehrdir”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Möcüzələrimiz onlara aydın şəkildə gələn zaman onlar dedilər “Bu ki açıq-aşkar bir sehrbazlıqdır?
Sabirə Dünyamalıyeva:
Sonra da ayələrimiz/nişanələrimiz/işarətlərimiz onlara parlaq bir surətdə gəldikdə, "Bu, açıq-aşkar bir sehr, adam aldatmaqdır" dedilər.