Əlixan Musayev:
Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
Bünyadov-Məmmədəliyev:
(Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir.
Elmir Quliyev
:
Знамением для вас стали две армии при Бадре: одна армия сражалась на пути Аллаха, другая же состояла из неверующих. Своими глазами одни увидели, что другие вдвое превышают их числом. Аллах оказывает поддержку тому, кому пожелает. Воистину, в этом есть назидание для обладающих зрением.
Ələddin Sultanov:
(Bədr döyüşündə) iki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən kafirlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır.
Kerbelayi Malik ağa:
(Bədir döyüşündə) vuruşan iki dəstə sizin üçün bir ibrət olmuşdur. Bir dəstə Allah yolunda döyüşür və digəri kafir olan (dəstə) onları öz gözləri ilə özlərinin ikiqatı qədər görürdülər. Allah dilədiyini öz yardımı ilə dəstəkləyər. Şübhəsiz ki, bunda Üluləbsar (bəsirət sahibləri) üçün mütləq ibrət vardır.
Ələsgər Musayev:
Əlbəttə, oldu sizin üçün ayət o iki dəstədə,
hansı ki, bir - birilə görüşdü. Bir dəstə qətl edirdi Allah
yolunda və digəri isə kafir idi. Görürdülər onları öz gözlərində
iki qat artıq. Allah qüvvət verir Öz yardımı ilə kim istəsə.
Həqiqətən, bunda ibrət var əsas bəsarətlilər üçün.
A.Mehdiyev və D.Cəfərli:
H?qiq?t?n, sizin ucun (B?dr doyusund?) bir-birl?ri il? qars?lasan iki d?st?d? (Allah?n qudr?ti v? tovhidin? dair) nisan? var idi. Bir d?st? Allah yolunda doyusurdu v? dig?r bir d?st? kafir idi ki, mus?lmanlar? oz gozl?ri il? ozl?rind?n iki qat art?q gorurdul?r (v? el? buna gor? d? m?glub oldular). Allah ist?diyini Oz kom?yi il? quvv?tl?ndirir. ?lb?tt?, bunda (bu isd?) b?sir?t sahibl?ri ucun bir ibr?t vard?r.
Kövsər Tağıyev:
Şübhəsiz ki, üz-üzə gələn iki dəstədə sizin üçün bir ibrət var; bir dəstə Allah yolunda vuruşurdu. Digəri isə kafir idi. (Onları) gözəyarı özlərinin iki misli qədər görürdülər. Allah da istədiyini öz yardımı ilə dəstəkləyirdi. Bəsirəti olanlar üçün bunda, əlbəttə, ibrət var.
M.Qənioğlu və T.Bilaloğlu:
Üz-üzə gəlmiş iki dəstədə sizin üçün bir ibrət var idi. Bir dəstə Allah yolunda vuruşurdu, o biri isə kafir dəstə idi ki, möminlər onların gözünə sayca ikiqat artıq görünürdülər. Axı Allah istədiyi kəsi Öz köməyi ilə gücləndirir. Həqiqətən, bəsirətlilər üçün bunda bir ibrət vardır.
Sabirə Dünyamalıyeva:
Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün həqiqətən bir işarət/nişan var; dəstələrdən biri Allah yolunda döyüşürdü; digəri də kafir [Allahın məbud və rəbb olduğunu örtən/inanmayan] idi. Onları, öz gözləriylə özlərindən iki qat çox görürdülər. Və Allah, dilədiyini Öz köməyiylə gücləndirər. Şübhəsiz ki, bunda bəsirət sahibləri; sağlam fikirli kəslər üçün həqiqətən bir ibrət var.