Nisa Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bunlar Allahın hüdudlarıdır. Kim Allaha Onun Elçisinə itaət edərsə, (Allah) onu (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur.
Bünyadov-Məmmədəliyev:
Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!
Elmir Quliyev :
Таковы ограничения Аллаха. Тех, кто повинуется Аллаху и Его Посланнику, Он введет в Райские сады, в которых текут реки. Они пребудут там вечно. Это и есть великое преуспеяние.
Ələddin Sultanov:
Bunlar Allahın (qoymuş olduğu) sərhədləridir. Kim Allaha Onun Peyğəmbərinə itaət edərsə, (Allah) onu, (ağacları) altından çaylar axan içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Bax, böyük uğur budur!
Kerbelayi Malik ağa:
Bunlar Allahın hüdudlarıdır kim Allaha Onun Rəsuluna itaət etsə, (Allah) onu altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə qoyar bu ‘Fevzul Əzim’dir (ən böyük qurtuluşdur).
Ələsgər Musayev:
Bunlar hüdududur Allahın. kim itaət edərsə Allaha Onun rəsuluna, daxil edər onu cənnətlərə cari olur altından onun nəhrlər, həmişəlik orada qalacaqlar. Budur əzəmətli uğur!
A.Mehdiyev və D.Cəfərli:
Bunlar Allahın sərhədləridir (Onun sərhəd kimi pozulmaz hökmləridir). Kim Allaha Onun peyğəmbərinə itaət etsə, (Allah) onu (ev ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Budur böyük uğur nailiyyət!
Kövsər Tağıyev:
Bax bu (hökmlər), Allahın qoyduğu hədlərdir. Kim Allaha peyğəmbərinə itaət edərsə, Allah onu içindən çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edər. Bax bu, böyük uğurdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar Allahın (qoyduğu) hüdudlardır. Kim Allaha Onun peyğəmbərlərinə itaət edərsə. O, onu dibindən çaylar axan cənnət bağlarına daxil edər onlar orada əbədi qalarlar. Bu, böyük uğurdur.
Sabirə Dünyamalıyeva:
Bax bunlar, Allahın hədləridir. Kim Allaha Elçisinə itaət edərsə, Allah onu, içində əbədi qalacaqları, altından çaylar axan cənnətlərə daxil edər. Bax bu, çox böyük qurtuluşdur.