Əlixan Musayev:
Sizə Öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz Odur. (Bundan )ancaq (Allaha )üz tutanlar ibrət alarlar!
Bünyadov-Məmmədəliyev:
Sizə ayələrini (möcüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən yağış) endirən məhz Odur. (Bu ayələrdən) ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik qoşmaqdan imtina edən) kimsə ibrət alar!
Elmir Quliyev
:
Он — Тот, Кто показывает вам Свои знамения и ниспосылает вам с неба удел, но поминают назидание только обращающиеся к Аллаху.
Ələddin Sultanov:
Sizə Öz (varlığının) dəlillərini göstərən və göydən sizin üçün ruzi endirən Odur. Yalnız Allaha yönələnlər düşünüb ibrət alarlar.
Kerbelayi Malik ağa:
O, ayələrini sizə göstərər və sizin üçün göydən ruzi endirər. Bunu münib olandan (Allaha yönələndən) başqası təzəkkür etməz.
Ələsgər Musayev:
O – Odur ki, göstərir sizə
Öz ayətlərini və nazil edir sizin üçün səmadan ruzilər. Ancaq
qayıdan kəs yad edir!
A.Mehdiyev və D.Cəfərli:
Öz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur. (Bu nemətlərdən) yalnız Allaha könül vermiş və Allaha tərəf qayıdan kəs ibrət alar.
Kövsər Tağıyev:
O, sizə ayələrini göstərən, sizin üçün göydən ruzi endirəndir. Sadəcə Ona yönələn düşünüb ibrət götürər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə Öz ayələrini göstərən, sizə göydən ruzilər endirən Odur. (Bunlardan) ancaq tövbə edib Allaha üz tutanlar ibrət alar.
Sabirə Dünyamalıyeva:
Allah, sizə işarətlərini/nişanələrini göstərən, sizin üçün göydən ruzi endirəndir. Və ancaq ürəkdən yönələnlər öyüd alar.