Əlixan Musayev:
onların belinə, (yaxud göyərtəsinə )qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. (Yoxsa) bizim ona gücümüz çatmazdı.
Bünyadov-Məmmədəliyev:
Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı.
Elmir Quliyev
:
чтобы вы поднимались на их спины (или палубы), а затем поминали милость вашего Господа после того, как поднялись на них, и говорили: "Пречист Тот, Кто подчинил нам это, ведь мы сами на такое были неспособны.
Ələddin Sultanov:
Ona görə ki, onlara minəsiniz, sonra da mindiyiniz zaman Rəbbinizin nemətini yada salasınız və belə deyəsiniz: “Bunları bizim xidmətimizə verən Allah pak və müqəddəsdir! Bizim ona gücümüz çatmazdı.
Kerbelayi Malik ağa:
Onların belinə yerləşməyiniz üçün. Sonra onun üzərinə yerləşdiyiniz zaman Rəbbinizin nemətini zikr edin! ‘Bunu bizə tabe edən (Allah) Sübhandır. Biz Ona (özümüz) güc çatdıra bilməzdik.’ deyin!
Ələsgər Musayev:
ondan ötrü ki,
möhkəmlənəsiniz kürəklərində onların, sonra yad edəsiniz
nemətini Rəbbinizin. Onda ki, möhkəmləndiniz üzərində onun
və dediniz: «Sübhandır – Odur ki, ram etdi bizim üçün bunu və
ona yetişməyə bizdə qüvvə olmadıqda!
A.Mehdiyev və D.Cəfərli:
(Yaratdı) ki, onların üstünə minəsiniz, sonra onların üstündə qərar tutan zaman Rəbbinizin nemətini xatırlayıb deyəsiniz: «Bunu bizə tabe və ram edən (hər bir eyb və nöqsandan) pakdır; (yoxsa) bizim buna gücümüz çatmazdı».
Kövsər Tağıyev:
üstündə oturasınız, sonra da oturduqda Rəbbinizin nemətini xatırlayasınız və: “Bunu bizim xidmətimizə verən Allahın şanı ucadır. Bunlara bizim gücümüz çatmazdı.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, onları minəsiniz, sonra isə minib oturarkən Rəbbinizin yaxşılığını xatırlayıb deyəsiniz: "Bizim gücümüz çatmadığı halda, bunu bizim xidmətimizə verənə təriflər olsun!
Sabirə Dünyamalıyeva:
Sonra onun üstünə yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salaraq: "Bunları bizim istifadəmizə verən/bunları istifadə edəcəyimiz şəkildə yaradan Allah qüsurlardan pakdır. Yoxsa bizim onlara gücümüz çatmazdı.