Əlixan Musayev:
Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!
Elmir Quliyev
:
Он подчинил вам то, что на небесах, и то, что на земле. Воистину, в этом — знамения для людей размышляющих.
Ələddin Sultanov:
O, göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən (bir lütf olaraq) sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, düşünüb öyüd alanlar üçün bunda (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
Kerbelayi Malik ağa:
Göylərdə və yerdə olanların hamısını Öz tərəfindən (bir lütf olaraq) sizə tabe etdi. Şübhəsiz ki, bunda təfəkkür edən bir qövm üçün mütləq ayələr (ibrətlər) vardır.
Ələsgər Musayev:
O
ram etdi sizin üçün nə ki, səmalarda və nə ki, ərzdə var
cəmiyyən ondan. Həqiqətən, bunda ayətlər var fikirləşən qoum
üçün!
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən bunda (bu ram etmədə) düşünən dəstə üçün (Onun tovhid, qüdrət və mərhəmətindən) nişanələr vardır.
Kövsər Tağıyev:
Göylərdəki və yerdəki hər şeyi öz qatından (bir nemət olaraq) sizə ram edəndir. Əlbəttə, düşünən bir qövm üçün bunda dəlillər var.
M.Qənioğlu və T.Bilaloğlu:
O, göylərdə və yerdə olan hər şeyi Özündən (bir lütf olaraq) sizin xidmətinizə vermişdir. Həqiqətən də bunda düşünən adamlar üçün dəlillər vardır!
Sabirə Dünyamalıyeva:
Və O, göylərdə və yer üzündə olan hər şeyi Öz tərəfindən sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, bunda düşünən bir qövm üçün işarətlər/nişanələr vardır.