Əlixan Musayev:
Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!
Elmir Quliyev
:
Воистину, те, которые сказали: "Наш Господь — Аллах", — и последовали прямым путем, не познают страха и не будут опечалены.
Ələddin Sultanov:
Şübhəsiz ki: “Rəbbimiz Allahdır!” - deyib sonra doğru yolda gedənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar ‘Rəbbimiz Allahdır.’ deyib sonra istiqamət üzərə oldular. Artıq onlara qorxu yoxdur. Onlar qəmgin olmazlar.
Ələsgər Musayev:
Həqiqətən, o
kəslər ki, deyirlər: «Rəbbimiz Allahdır!», sonra düz istiqamətli
olurlar, yoxdur üzərlərində onların xof və onlar hüznlü
olmayacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, (qəlblərinin dərinliklərindən) «bizim Tanrımız Allahdır» deyib sonra (onun əsasında) möhkəm dayananlar üçün (axirət aləmində) nə bir qorxu var və nə də qəmgin olarlar.
Kövsər Tağıyev:
“Şübhəsiz, Rəbbimiz Allahdır”, – deyib sonra da doğru olanlara heç bir qorxu yoxdur, onlar məhzun olmayacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbimiz ancaq Allahdır. - deyib sonra düz yolla gedənlərə bir qorxu yoxdur, onlar nə də kədərlənməyəcəklər.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki: "Rəbbimiz Allahdır" deyib, sonra da doğru olan bu kəslər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməzlər.