Hədid Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün münafiq kişilər münafiq qadınlar iman gətirənlərə: “(Bir az) gözləyin ki, biz sizin işığınızdan alaq”– deyəcəklər. (Onlara) deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir.
Bünyadov-Məmmədəliyev:
O gün münafiq kişi qadınlar iman gətirənlərə: “(Bizi bir az) gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” deyəcəklər. (Onlara istehza ilə) belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın!” (Bu sözlərdən sonra) onların (möminlərlə münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.
Elmir Quliyev :
В тот день лицемеры и лицемерки скажут верующим: "Погодите, мы позаимствуем у вас немного света". Им будет сказано: "Возвращайтесь назад и ищите свет". Между ними будет возведен забор с вратами, с внутренней стороны которого будет милость, а снаружи мучения.
Ələddin Sultanov:
O gün münafiq kişi qadınlar iman gətirənlərə: “Bizi gözləyin ki, nurunuzdan bir az alaq!” - deyəcəklər. Onlara: “Geri qayıdın özünüzə nur axtarın!” - deyiləcəkdir. Nəhayət, onların arasına qapısı olan bir sədd çəkiləcəkdir ki, onun içəri tərəfi mərhəmət, çöl tərəfi isə əzabdır.
Kerbelayi Malik ağa:
Münafiq kişilərin münafiq qadınların amənu olanlara: ‘Bizi gözləyin, sizin nurunuzdan bir qədər alaq.’ deyəcəyi gün onlara: ‘Haydı geri dönün nur axtarın.’ deyilir. Onların arasına qismində rəhmət, çöl tərəfində əzab olan qapılı bir divar çəkiləcəkdir.
Ələsgər Musayev:
Həmin gün münafiq kişilər qadınlar deyərlər o kəslərə ki, inandılar: «Gözləyin bizi, nurunuzdan istifadə edək!» Onlara deyərlər: «Müraciət edin arxaya axtarın nuru!» Onlar arasında divar ucaldılar, hansı ki, qapısı var: batinində onun orada rəhmət zahiri onun, qarşısından onun əzab.
A.Mehdiyev və D.Cəfərli:
(Həmin) o gün ki, münafiq kişi qadınlar (məhşər əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın möhlət verin ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək.» Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın (orada) nur axtarın.» Həmin vaxt onların (mömin münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır.
Kövsər Tağıyev:
Münafiq kişilərlə münafiq qadınların iman edənlərə: “Bizə baxın ki, sizin işığınızdan biz aydınlanaq” deyəcəkləri gün onlara: “Arxanıza (dünyaya) dönün, bir işıq axtarın”, deyiləcək. O anda aralarına qapısı olan bir sədd çəkilər. Onun tərəfində rəhmət, onlar (münafiqlər) tərəfindəki çölündə isə əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü münafiq kişi qadınlar iman gətirənlərə deyəcəklər: "Bizi (bir qədər) gözləyin, biz sizin nurunuzdan alaq!" Onlara deyiləcək: "Geri qayıdın özünüzə nur axtarın!" onların arasında qapısının içəri tərəfində mərhmət çöl tərəfində əzab olan bir sədd qurulacaqdır.
Sabirə Dünyamalıyeva:
O gün münafiq kişilər münafiq qadınlar, o iman edən kəslərə: "Bizə baxın, sizin ışığınızdan alaq" deyərlər. [Onlara] deyildi ki: "Arxanıza dönüb işıq axtarın!" Sonra da aralarına, qapısının içində rəhmət, çölündə isə o tərəfindən əzab olan bir divar çəkiləcək.