Əlixan Musayev:
Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ.
Bünyadov-Məmmədəliyev:
(Sizi hələ) sevdiyiniz başqa bir şey (bir nemət) də - Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Möminlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə) müjdə ver!
Elmir Quliyev
:
Будет еще то, что вы любите: помощь от Аллаха и близкая победа. Сообщи же благую весть верующим!
Ələddin Sultanov:
Sevəcəyiniz başqa bir şey də var: Allahdan yardım və yaxın bir fəth (zəfər)! Möminlərə (bununla) müjdə ver! (“Yaxın bir fəth” ifadəsi haqqında aşağıdakı fikirlər irəli sürülmüşdür: Məkkənin müsəlmanlar tərəfindən fəht edilməsi; Qüreyşlilərə qarşı zəfər əldə edilməsi; İran və şərqi Romanın müsəlmanlar tərəfindən fəth edilməsi.)
Kerbelayi Malik ağa:
Sevəcəyiniz başqa bir şey: Allahdan yardım və yaxın bir qələbədir. Möminləri müjdələ.
Ələsgər Musayev:
Və axırdakını ki, sevirsiniz: yardım
Allahdan və yaxın fəth. Bəşarət ver inananlara!
A.Mehdiyev və D.Cəfərli:
Və sevdiyiniz başqa bir nemət(i də sizə verər və bu nemət) Allah tərəfindən (məntiq əsasında və dəlil-sübutla tarix boyunca bütün millətlərə) bir kömək və (Məkkənin fəthində və başqa işlərdə) yaxın bir qələbədir. (Ey Peyğəmbər,) möminlərə müjdə ver.
Kövsər Tağıyev:
Sevəcəyiniz başqa bir qazanc da var: Allahdan bir yardım və yaxın bir fəth (Məkkənin fəthi). (Ey Muhamməd!) Möminləri müjdələ!
M.Qənioğlu və T.Bilaloğlu:
İstədiyiniz başqa bir şey də vardır - Allahdan kömək və yaxın bir qələbə. Möminləri müjdələ!
Sabirə Dünyamalıyeva:
Və sizin sevəcəyiniz başqa bir şey də: Allahdan bir kömək və yaxın bir fəth... Və inananlara müjdə ver.