Əraf Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan”.
Bünyadov-Məmmədəliyev:
(Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!”
Elmir Quliyev :
Аллах сказал: "Низвергнись отсюда! Негоже тебе превозноситься здесь. Изыди, ибо ты один из униженных".
Ələddin Sultanov:
Allah buyurdu: “Elə isə oradan aşağı en! Orada təkəbbürlənmək sənə yaraşmaz. Dərhal (oradan) çıx! Şübhəsiz, sən zəlil olanlardansan”.
Kerbelayi Malik ağa:
(Allahu Təala): ‘Elə isə oradan en! Artıq orada sənin qürurlanmağın olmaz. Dərhal oradan çıx. Şübhəsiz ki, sən alçaqlardansan.’ buyurdu.
Ələsgər Musayev:
Dedi: «Aşağı en oradan. Sənə olmaz ki, orada təkəbbürlük edəsən! Oradan xaric ol, həqiqətən, sən alçaqlardansan!»
A.Mehdiyev və D.Cəfərli:
Buyurdu: «Belə isə, oradan (Cənnətdən, ya səmadan, ya mələklərin arasından, ya o məqam rütbədən) aşağı en! Çünki sənə orada təkəbbürlük etmək yaramaz. Beləliklə, oradan xaric ol ki, şübhəsiz sən alçaq xar edilmişlərdənsən».
Kövsər Tağıyev:
Allah: “İndi en aşağı oradan. Çünki orada təkəbbür göstərmək sənin həddin deyil! Dərhal çıx! Çünki sən alçaqlardansan”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O, [Allah] dedi: "Düş buradan get! Sənə burada təkəbbürlənmək yaramaz. Çıxsana, sən rəzillərdənsən!"
Sabirə Dünyamalıyeva:
Allah, "Elə isə oradan dərhal aşağı en, sənə orada təkəbbür göstərmək yaramaz, dərhal çıx, sən qəti surətdə alçaldılmışlardansan." dedi.