Əlixan Musayev:
Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.
Bünyadov-Məmmədəliyev:
Doğrusu, biz hidayət yolunu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan (başqasının günahlarının ona yüklənməsindən) qorxar.
Elmir Quliyev
:
Когда же мы услышали верное руководство, то уверовали в него. А тот, кто верует в своего Господа, не должен бояться ни обиды, ни притеснения.
Ələddin Sultanov:
Biz doğru yolu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirərsə, nə (haqqının) əskik verilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar.
Kerbelayi Malik ağa:
Həqiqətən biz hidayət rəhbərini eşitdiyimiz zaman Ona iman etdik. Artıq kim Rəbbinə iman etsə, bundan sonra haqqının verilməməsindən və zülmə uğrayacağından qorxmaz.
Ələsgər Musayev:
Biz, amma elə ki, eşitdik hidayət haqqında, biz Onun ilə inandıq. Kim inanarsa Rəbbinə, xoflanmaz incidilməkdən və ağılsızlıqdan.
A.Mehdiyev və D.Cəfərli:
«Və elə ki, biz bu hidayətedicini (Qur’anı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar».
Kövsər Tağıyev:
“Həqiqətən, biz hidayət rəhbərini (Qur`anı) eşitdikdə ona inandıq. Kim Rəbbinə inanarsa, artıq nə haqqının əskik verilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Şübhəsiz ki, içərimizdə özünü (Allaha) təslim edənlər də, haqdan dönənlər də vardır. Kim özünü (Allaha) təslim edərsə, belələri doğru yolu axtarıb tapanlardır,
Sabirə Dünyamalıyeva:
Və biz o yol göstərəni/Quranı dinlədiyimizdə ona iman etdik. Onun üçün kim Rəbbinə iman gətirsə, o haqqının əskik verilməsindən və haqsızlığa uğramaqdan/axmaq yerinə qoyulmaqdan, özünə həddindən artıq yük yüklənməsindən qorxmaz.