Ənfal Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu, onların Allaha Onun Elçisinə qarşı çıxmalarına görədir. Allaha Onun Elçisinə qarşı çıxan kimsəyə Allah şiddətli əzab verər.
Bünyadov-Məmmədəliyev:
Bu onların Allaha Onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha Onun Peyğəmbərinə qarşı çıxsa, (bilsin ki) Allah (ona) şiddətli əzab verər.
Elmir Quliyev :
Это потому, что они воспротивились Аллаху и Его Посланнику. А если кто противится Аллаху и Его Посланнику, то ведь Аллах суров в наказании.
Ələddin Sultanov:
Bu ona görə idi ki, onlar Allaha Onun Peyğəmbərinə qarşı çıxmışdılar. Kim Allaha Peyğəmbərinə qarşı çıxarsa, bilsin ki, həqiqətən, Allah şiddətli əzab verəndir.
Kerbelayi Malik ağa:
Bu, onların Allaha Onun Rəsuluna qarşı gəlmələri səbəbi ilədir. Kim Allaha Onun Rəsuluna qarşı gələrsə, bundan sonra şübhəsiz ki, Allahın əzabı şiddətlidir.
Ələsgər Musayev:
Bu, ona görədir ki, onlar bölündülər Allahdan Onun rəsulundan. Kim bölünərsə Allahdan Onun rəsulundan, həqiqətən, Allah şiddətlidir iqaba!
A.Mehdiyev və D.Cəfərli:
Bu (cəza) onların Allah Onun Peyğəmbəri ilə dava düşmənçilik etmələrinə görədir. Kim Allah Onun Peyğəmbəri ilə dava düşmənçilik etsə, (bilsin ki,) həqiqətən Allah ağır cəzalandırandır.
Kövsər Tağıyev:
Bu, onların Allaha Rəsuluna qarşı gəldiklərinə görədir. Kim Allaha Rəsuluna qarşı gələrsə, bilsin ki, Allahın cəzası şiddətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, ona görədir ki, onlar Allaha Onun peyğəmbərlərinə qarşı çıxıblar. Hər kim Allaha Onun peyğəmbərinə qarşı çıxarsa, həqiqətən, Allah şiddətli cəza verəndir!
Sabirə Dünyamalıyeva:
Kafirlərin belə cəzalansırılması, Allaha Elçisinə qarşı çıxmaqları səbəbindəndir. kim Allaha Elçisinə qarşı çıxsa, bilsin ki, Allahın əzabı çox şiddətlidir!