Əlixan Musayev:
Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!
Elmir Quliyev
:
Посему будь терпелив к тому, что они говорят, и прославляй хвалой своего Господа перед восходом солнца и перед его закатом (совершай рассветный и послеполуденный намазы), славь его в течение ночи (совершай вечерний и ночные намазы), а также в конце двух частей дня (совершай полуденный и закатный намазы). Быть может, ты останешься доволен.
Ələddin Sultanov:
Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan! (Təfsirçilər bu ayədəki “həmd ilə təsbeh et” ifadəsindən məqsədin “namaz” olduğunu ifadə etmişlər. Çünki namaz ən böyük və ən kamil zikrdir. Günəşin doğmasından əvvəlki təsbeh sübh namazı, gecənin bir vaxtındakı təsbeh də axşam və yatsı namazlarıdır. Gündüzün iki tərəfindəki namazlar isə günorta və axşam namazlarıdır.)
Kerbelayi Malik ağa:
O halda deyilən şeylərə səbir et! Rəbbini günəşin doğmasından əvvəl, günəşin batmasından əvvəl və gecənin bir qismində həmd ilə təsbeh et. Gündüz boyunca da təsbeh et. Ümid edilir ki, beləcə rizaya çatarsan.
Ələsgər Musayev:
Səbr et nə ki, deyirlər və saya sal
həmd ilə Rəbbini şəms çıxmamışdan qabaq və batmamışdan
qabaq. Gecənin anlarından saya sal və ətrafında günortanın,
ola ki, razı olasan.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də onların dediklərinə səbr et və günəş çıxandan və batandan qabaq Rəbbini, Ona sitayişlə birlikdə pak sifətlərlə mədh et (sübh, zöhr və əsr namazlarını qıl və ya digər zikrləri oxu). Həmçinin Onu (məğrib və işa namazlarını qılmaq və digər zikrləri oxumaqla) gecə saatlarında və (nafilə namazları və digər ibadətlərlə) günün radələrində pak sifətlərlə mədh edərək müqəddəs bil ki, bəlkə (Allahın lütflərinin sənə şamil olması ilə) razı qalasan.
Kövsər Tağıyev:
O halda onların söylədiklərinə səbir et və günəşin doğmasından və batmasından əvvəl Rəbbini həmd ilə təsbih et. Gecə vaxtlarında və gündüzün uclarında da təsbih et ki, razı qalasan.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onların sözlərinə döz. Günəş doğandan və batandan əvvəl öz Rəbbinin şəninə təriflər de. Gecə vaxtı da, səhər və axşam da Ona həmd et ki, bəlkə razı qalasan.
Sabirə Dünyamalıyeva:
İndi onların dediklərinə səbr göstər, razılığa nail ola bilmək üçün günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini tərifi ilə birlikdə Allahı tanıtdır/nöqsanlıqlardan uzaq olduğunu öyrət! Gecənin bəzi saatlarında və gündüzün iki başında da Allahı tanıtdır/nöqsanlıqlardan uzaq olduğunu öyrət!