Bəqərə Surəsi 131. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi.
Bünyadov-Məmmədəliyev:
Rəbbi İbrahimə : “(Əmrimə) təslim ol!” dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!” deyə cavab vermişdi.
Elmir Quliyev :
Вот сказал Господь Ибрахиму (Аврааму): "Покорись!" Он сказал: покорился Господу миров".
Ələddin Sultanov:
Rəbbi ona: “Təslim ol!” deyən zaman, o: “Aləmlərin Rəbbinə təslim oldum!” - demişdi.
Kerbelayi Malik ağa:
Rəbbi ona: ‘Təslim ol!’ dediyi zaman ‘Mən aləmlərin Rəbbinə təslim oldum.’ dedi.
Ələsgər Musayev:
Onda dedi onun üçün Rəbbi: «Təslim ol!» Dedi: «Təslim oldum aləmlərin Rəbbi üçün!»
A.Mehdiyev və D.Cəfərli:
O zaman Rəbbi (tovhid dəlillərini göstərdikdən sonra, ilham yolu ilə) ona «təslim ol!» buyuranda o, «aləmlərin Rəbbinə təslim oldum» dedi. Həmçinin (peyğəmbər kimi seçilərək göndərildikdən sonra, vəhy yolu ilə) ona «əmrə təslim ol!» buyuranda o, «Allahın əmrlərinə təslim oldum» dedi.
Kövsər Tağıyev:
Rəbbi ona: “Təslim ol”, dedikdə, “Aləmlərin Rəbbinə təslim oldum”, demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbi ona: "Təslim ol !" (müsəlman ol) dedikdə o,: "Aləmlərin Rəbbinə təslim oldum" dedi.
Sabirə Dünyamalıyeva:
Rəbbi Ona, "Möhkəmləndirən [əmin-amanlıq, xoşbəxtlik qazandıran] bir kəs ol!" dediyi zaman İbrahim, "Mən aləmlərin Rəbbi üçün möhkəmləndirən [əmin-amanlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə daxil olmasını təmin edən] biri oldum" dedi.