Nisa Surəsi 131. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göylərdə yerdə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə Allahdan qorxmanızı buyurduq. Əgər (Allahı) inkar etsəniz, (bilin ki,) göylərdə yerdə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir.
Bünyadov-Məmmədəliyev:
Göylərdə yerdə varsa, (hamısı) Allaha məxsusdur. (Ey müsəlmanlar!) Biz sizdən əvvəl kitab verilənlərə də, sizə Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə yerdə varsa, (hamısı) Allahındır. Allah ehtiyacsızdır, (öz-özlüyündə) şükür olunmağa, (tərif olunmağa) layiqdir.
Elmir Quliyev :
Аллаху принадлежит то, что на небесах, и то, что на земле. Мы заповедали тем, кому было даровано Писание до вас, а также вам, чтобы вы боялись Аллаха. Если вы не уверуете, то ведь Аллаху принадлежит то, что на небесах, и то, что на земле. Аллах Богатый, Достохвальный.
Ələddin Sultanov:
Göylərdə yerdə varsa, hamısı Allahındır. Sizdən əvvəl özlərinə kitab verilənlərə də, sizə əmr etdik ki, Allahdan qorxun! Əgər Allahı inkar etsəniz, bilin ki, göylərdə yerdə varsa, hamısı Allahındır. Allah heç nəyə möhtac deyildir, hər cür tərifə layiqdir.
Kerbelayi Malik ağa:
Göylərdə yer üzündə olanlar (hər şey) Allahındır and olsun ki, Biz sizdən əvvəl kitab verilənlərə də, sizlərə ‘Allaha qarşı təqva sahibi olmalarını’ vəsiyyət etdik (fərz qıldıq). Əgər siz inkar etsəniz belə, şübhəsiz ki, göylərdə yer üzündə olanlar (hər şey) Allahındır. Allah Ğanidir (heç bir şeyə ehtiyacı yoxdur), Həmiddir (tərif həmdə layiq olandır).
Ələsgər Musayev:
Allah üçündür ki, səmalarda ki, ərzdə var. Əlbəttə, tövsiyyə etdik o kəslərə ki, sizdən qabaq kitab əta olunmuşdu sizə: «Qorxun Allahdan!» Əgər küfür edəsiniz, həqiqətən, Allah üçündür ki, səmalarda ki, ərzdə var oldu Allah Ğəni, Həmid!
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə yerdə olanlar (onların özləri daxil olmaqla) Allahın həqiqi mülküdür. Həqiqətən Biz sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərə, eləcə sizə tövsiyə etdik ki, Allahdan qorxun (hamıya xəbərdarlıq etdik ki,) əgər küfr etsəniz (Ona heç bir ziyan vurmazsınız, çünki) göylərdə yerdə olanlar Allaha məxsusdur. Allah həmişə ehtiyacsız (sifət işlərində) təriflənəndir.
Kövsər Tağıyev:
Göylərdəki hər şey, yerdəki hər şey Allahındır. Sizdən əvvəl kitab verilənlərə də, sizə də, “Allaha qarşı gəlməkdən çəkinin”, deyə tövsiyə etdik. Əgər inkar etsəniz, (bilin ki,) göylərdəki hər şey, yerdəki hər şey Allahındır. Allah zəngindir, şükrə layiqdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə yerdə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab bəxş olunanlara sizə Allahdan qorxmağı tövsiyə etdik. Əgər siz küfr etsəniz də, (yenə də) göylərdə yerdə varsa, Allaha məxsusdur. Allah heç nəyə möhtac deyildir, tərifəlayiqdir.
Sabirə Dünyamalıyeva:
Göylərdə olan şeylər yer üzündə olan şeylər yalnız Allahındır. And olsun ki, Biz, sizdən əvvəl Kitab verilmiş kimsələrin sizin üstünüzə Allahın mühafizəsi altına daxil olmaq öhdəliyini qoyduq. Əgər küfr işləsəniz [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etsəniz/inanmasanız] da, bilin ki, göylərdə olan şeylər yer üzündə olan şeylər yalnız Allahındır. Allah, heç bir şeyə möhtac olmayandır, hər cür tərifə artıqlaması ilə layiq olandır.